"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi hesabat verdi

--2017-01-18 / 16:42

Mingəçevir Bələdiyyəsi 2016-cı ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim etdi. Hesabat yığıncağında bələdiyyənin sədri Coşqun Abdullayev hesabat məruzəsini iştirakçıların diqqətinə çardırdı. Bu barədə Belediyye.infoya məlumatı Mingəçevir bələdiyyəsindən daxil olub.

Məruzə ətrafında şəhər icra Hakimiyyəti Başçısının icra nümayəndələri Rizvan Mikayıllı, Faiq Mustafayev, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Sodrujestvo” təşkilatının sədri Hikmət ismayılov, məhəllə komitələrinin rəhbərləri Qabil Alıyev, əbülfət Babayev, Elsevər Musayev və Nurəddin Həsənov çıxış edərək, rəy və təkliflərinin bildirdilər və bələdiyyənin ötən ilki fəaliyyətini qənaətbəxş hesab etdilər.

Hesabat yığıncağında şəhər icra Hakimiyyətinin, Qeyri-Hökümət təşkilatlarının nümayəndələri, KiV-in təmsilçiləri, məhəllə komitələrinin fəalları iştirak edirdilər.

Belediyye.info

ŞƏRHLƏR