"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi hesabat verdi

--2015-07-21 / 11:50

Mingəçevir bələdiyyəsi 2015-ci ilin 6 ayı ərzində gördüyü işlər barədə ictimaiyyətə hesabat verib. Bu barədə Belediye.info saytına bələdiyyədən məlumat verilib. Hesabat məruzəsi ilə bələdiyyənin sədri Coşqun Abdullayev çıxış edib. Sədr bələdiyynin cari ilin altı ayı ərzində gördüyü işlərdən və əmlak vergisinin yığımıyla bağlı yeniliklərdən danışıb. Sədrin sözlərinə görə, prezidentin bu addımı bələdiyyələrdə şəffaflığın təmin edilməsinə xidmət etməklə bələdiyyələrin ictimai nüfuzunun artmasna imkan verəcəkdir.

 Tədbrdə iştirak edən məhəllə komitələrinin fəalları, QHT  nümayəndələri və KiV təmsilçiləri bələdiyyənin 6 aylıq fəaliyyəti ilə bağlı təklif və rəylərini bildiriblər.

Müzakirələrdən sonra bələdiyyənin 6 aylıq fəaliyyəti qənətbəxş hesab edilib.

Belediyye.info

ŞƏRHLƏR