"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi hesabat verdi

--2017-07-14 / 13:00

14 iyul 2017-ci ildə Mingəçevir Bələdiyyəsi 2017-ci ilin I yarımilliyindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edib.  

Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb. Hesabat yığıncağında bələdiyyənin sədri Coşqun Abdullayev hesabat məruzəsini iştirakçıların diqqətinə çardırdı. Məruzə ətrafında şəhər icra Hakimiyyəti Başçısının icra nümayəndələri Rizvan Mikayıllı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “EKOTES” ictimai birliyinin sədri Çingiz Nəzərov, məhəllə komitələrinin rəhbərləri Qabil Alıyev, Tofiq Qarayev, ispəndiyar Musayev və başqaları çıxış edərək, rəy və təkliflərini bildiriblər. Müzakirələrdən sonra  bələdiyyənin 6 aylıq  fəaliyyətini qənaətbəxş hesab edilib.

Hesabat yığıncağında şəhər icra Hakimiyyətinin, Qeyri-Hökümət təşkilatlarının nümayəndələri, KiV-in təmsilçiləri, məhəllə komitələrinin fəalları iştirak ediblər.

Belediyye.info 

ŞƏRHLƏR