sorğu
iyulun 22-də Mingəçevir bələdiyyəsi fəaliyyəti barədə 6 aylıq hesabatını
ictimaiyyətə açıqladı. Bələdiyyə sədri Ramiz əliyev hesabat məruzəsi ilə çıxış
etdi.
Məruzədə bələdiyyənin 6 ay ərzində keçirdiyi iclaslar, vətəndaş müraciətləri,
bələdiyyə büdcəsinin gəlir və xərcləri, görülmüş abadlıq işləri, maddi yardımlar və
s. məsələlər əks olunub.
Məruzə ətrafında qeyri-hökumət təşkilatlarının nümayəndələri Rizvan Mikayıllı,
Aydın Nəsibov, Elşən ibrahimli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin
Yevlax bölgəsinin baş məsləhətçisi əlisa Fərəcov, bələdiyyə üzvləri ədalət
Quliyeva, əli əliyev və başqaları çıxış edərək rəy və təkliflərini verdilər.
Sonda bələdiyyənin 6 ay ərzindəki fəaliyyəti qənaətbəxş hesab edildi.
Mingəçevir bələdiyyəsi
|
|
|
|
|
|