“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq, Mingəçevir Bələdiyyəsi 2018-ci ilin birinci yarısında gördüyü işlər barədə hesabatını iyulun 20-də ictimaiyyətə açıqladı.
Bələdiyyə üzvlərinin, şəhər icra hakimiyyətinin, məhəllə komitələrinin, qeyri-hökümət təşkilatlarının, KiV-in nümayəndələrinin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə bələdiyyənin sədri Coşqun Abdullayev çıxış etdi.
Məruzə ətrafında müzakirələrdə şəhər icra Hakimiyyətinin nümayəndəsi Rizvan Mikayıllı, bələdiyyə üzvü Zahid Qasımlı, məhəllə komitələrinin fəalları Elman əhmədov, şıxəli Qasımov, isfəndiyar Musayev, Tofiq Qarayev, Tahir Məmmədov, Azərbaycan Yazıçılar Birliyi şəhəçr filalının sədri ismayıl imanzadə, «Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyev, «Yeni Avaz» saytının əməkdaşı Esmira Hidayətova, «Azərbaycan işıqları» qəzetinin bölgə müxbiri Yusif ələkbərov və başqaları danışaraq, bələdiyyənin 6 aylıq fəaliyyətini qiymətləndirdilər, rəf və təkliflərini bildirdilər.
Sonda yığıncaq iştirakçıları yekdil qərarla Mingəçevir Bələdiyyəsinin 2018-ci ilin birinci yarısındakı fəaliyyətini qənaətbəxş hesab etdilər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|