sorğu
Mingəçevir şəhərinin Az.iES qəsəbəsinin sakinləri şəhər icra Hakimiyyəti başçısı və şəhər bələdiyyəsinin sədri ilə səyyari görüşlərdə qəsəbədə avtobus dayanacaqlarının olmamasından şikayətlənmişdilər. Bu müraciətdən sonra Mingəçevir Bələdiyyəsi iki ədəd müasir standarta cavab verən dayanacağı düzəltdirərərk, qəsəbənin müvafiq ərazilərində quraşdırılması barədə qərar qəbul edib.
Bələdiyyədən daxil olan məlumata görə, bu məqsədlə bələdiyyə büdcəsindən 6000 manat vəsait ayrılıb. Artıq dayanacaqlar sakinlərin istəfadəsinə verilib.
Belediyye.info