"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi iməcilik keçirib

--2017-03-13 / 15:05

Belediyye.infoya Mingəçevir bələdiyyəsindən daxil olan məlumata görə, Novruz Bayramı münasibəti ilə Mingəçevir şəhərində ümumşəhər iməciliyi keçirilib.

Mingəçevir Bələdiyyəsinin üzv və qulluqçuları da bu tədbirə qoşularaq, bayram tədbirinin keçiriləcəyi Səməd Vurğun adına parkda abadlıq işləri görüblər.

Parkda ağacların dibləri bellənib, park və meydan süpürülüb, ərazidə səliqə-səhman işləri aparılıb.

Belediyye.info

ŞƏRHLƏR