Mingəçevir bələdiyyısi 2017-ci il ərzində gəlirləri ümumilikdə 429.501,84 manat olub. Bu barədə məlumatı Mingəşevir bələdiyyəsiu yayıb Məlumatda gəlirlər aşağıdakı mənbələrdən formalaşdırıldığı göstərilir:
-fiziki şəxslərdən torpaq vergisi 11949,45 manat (2016-ci ildəkindən 15 % az);
-fiziki şəxslərdən əmlak vergisi 18309,78 manat (3% çox);
-yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 19600,00 manat (49% çox);
-bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi üçün ödəniş 5649,60 manat (25 % çox);
-bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 5936,00 manat (50 % çox);
-bələdiyyə ərazisində mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 2776,25 manat (25% çox);
-bələdiyyə qərarına əsasən müəyyən edilmiş yerlərdə nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş 3337,00 manat (10% çox);
-dövlət büdcəsindən verilən dotasiya 170000,00 manat;
-bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 41895,50 manat (18% az);
-icarəyə verilmiş torpaq sahələrindən icarə haqqı 131580,18 manat (10 % çox);
-bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər 18.467,58 manat olub. (12 % çox)
Göründüyü kimi, iqtisadi çətinliklərə baxmayaraq, 2017-ci ildə bələdiyyə büdcəsinin gəlirlərində 2016-cı illə müqayisədə 3,3 % artım olub.
Belediyye.info