"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi mədən vergisinin həcmini artırmaq niyyətindədir

--2017-04-21 / 18:24

Mingəçevir bələdiyyəsinin cari ilin birinci rübü ərzində 55.937 manat büdcə gəlirləri olub.

Bu barədə Belediyye.infoya məlumat Mingəçevir bələdiyyəsindən daxil olub. Məlumata görə, Mingəçevir bələdiyyəsi  üç ay ərzində 2.475 manat əmlak vergisi, 943 manat torpaq vergisi, 2.400 mədən vergisi,11.049 manat əmlakın özəlləşdirilməsindən, 33.315 manat əmlakın icarəsindən, 617 manat avtodayanacaqdan, 609 manat mehmanxana ödənişlərindən,  4.500 manat digər xidmətlərdən daxil olub.

Qeyd edək ki, Mingəçevir bələdiyyəsinin 2017-ci  ilin birinci rübü ərzində keçirdiyi üç iclasda 24 məsələ müzakirəyə çıxarılıb ki, bununda 8 torpaqla,  3 şəhərdə aparılan tikinti-abadlıq, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 6 maddi yardımların göstərilməsiylə, 7 isə təşkilatı məslələrlə bağlı olub.

Ümumilikdə götürəndə əldə edilən maliyyə vəsaitinin 700 manat abadlıq işlərinə (S.Vurğun adına parkda abadlıq işləri-80 manatQəbirstanlıqda abadlıq işləri-620 manat), 2205 manatı «Xeyir və şər» evinin təmirinə, Maddi yardımlara 4860 manat (7 nəfər imkansız ailəyə-550 manat,  əfqan və şəhid ailələri cəmiyyətinə-70 manat, 400 aztəminatlı ailəyə Novruz Bayramı münasibəti ilə ərzaq - 4240 manat), Dəfn və yas mərasimlərinin keçirilməsinə 1360 manat (Aprel döyüşləri şəhidinin yası-1060 manat,  Imkansız ailənin yas mərasimi-300 manat), Abunə xərclərinə 509 manat, Mədəni-kütləvi tədbirlərin keçirilməsinə 105 manat ayrılıb.

Belediyye.info

ŞƏRHLƏR