Bır sıra məhəllə komitəsi Mingəçevir bələdiyyəsinə müraciət edərək, ərazilərindəki xeyir-şər mağarlarının təmirə ehtiyac olduğunu və bu məqsədlə köməklik göstərilməsini xahiş edib. Bu barədə Belediyye.info saytına Mingəçevir bələdiyyəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, məhəllə komitələrinin təklifiylə mağarların təmiri üçün lazım olan tikinti materiallarını bələdiyyə almaqla, tikinti işlərini sakinlər icra etməliydi. Bələdiyyənin mütəxəssisləri və sakinlərin iştirakı ilə göstərilən ünvanlarda mağarlara baxış keçirilərək işlərin həcmi və tələb olunan materiallar müəyyənləşdirilib. Qeyd edək ki, həmin mağarların əksəriyyəti 40 il əvvəl sakinlər tərəfindən tikilmiş, hazırda bərbad vəziyyətə düşmüşdür.
Bələdiyyə iclasının müvafiq qərarından sonra on məhəllə komitəsinin («Qələbə», «Azərbaycan», «Ucalıq», «Göydələn», «Yüksəliş», «Buta», «Axundzadə», «Azərkitab», «Təbriz» və «Yenilik» məhəllə komitələrinin) ərazilərində yerləşən mərasim çadırlarının təmir bərpası və bəzilərinin yerində isə mərasim zalının tikintisi üçün materialların alınıb sakinlərə verilməsinə start verildi.
Mağarların təmiri üçün məhəllə komitələrinə ümumi olaraq, 370 ədəd şifer, 1.824 metr şiferaltı taxta, 5.020 ədəd kərpic, 1.500 ədəd mişar daşı, 6,5 ton sement, 302 metr boru, 764 metr künclük, 846 metr taxta, 34 ədəd list, 50 m armatur, 45 kub.m qum, 25 kub.m çınqıl, 60 ədəd profnastıl, 150 ədəd lambrin, 30 kq mismar, 10 dəst elektrod, 10 ədəd laqunda daşı, 16 ədəd DiK, 28 ədəd plastik pəncərə və müxtəlif növ santexnika və elektrik avadanlıqları alınıb verilmişdir. Bu materialların alınmasına bələdiyyə büdcəsindən 18.305 manat vəsait sərf olunub.
Qeyd edək ki, kömək göstərilən məhəllə komitələri sakinlərdən əmlak vergisinin toplanaraq bələdiyyənin hesabına köçürülməsində ən çox fəallıq göstərən məhəllələrdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|