"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi məhəlli komitəsində görüş keçirib

--2018-03-30 / 06:03

Mingəçevir Bələdiyyəsinin üzvləri mütəmadi olaraq məhəllə komitələrinin ərazilərində sakinlərlə görüşlər keçirirlər. Bu barədə məlumatı Mingəçevir Bələdiyyəsi yayıb.

Növbəti görüş «Asiman» məhəllə komitəsində (A.Məmmədov küçəsi, 5 saylı binanın qarşısında) baş tutub.

Sakinlər məhəllənin problemlərindən–xeyir-şər mağarının təmirə ehtiyacı olduğundan, küçə yollarının bərbad vəziyyətindən, məişət tullantılarının yığılmasındakı çatışmazlıqdan və s. məsələlərdən danışdılar.

Bələdiyyənin sədri Coşqun Abdullayev, sədr müavini əliyev əliyev, “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı çıxış edərək belə görüşlərin vacibliyini, qaldırılan yerli əhəmiyyətli problemlərin tezliklə aradan qaldırılacağını bildirdilər.

Belediyye.info

ŞƏRHLƏR