Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayevin Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə büdcəsinə 2016-cı ilin 7 ayı ərzində bələdiyyə mülkiyyətində olan sahələrdən küçə reklamının yerləşdirilməsindən 2.604 manat vəsait daxil olub.
Sədrin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 8 dəfə çoxdur. iki reklam agentliyi və 7 iri sahibkarla reklam yerləşdirməklə bağlı müqaviləmiz var.
Bu gün reklamla bağlı qanunvericlikdə müəyyən boşluqlar vardır. əsas məqam reklam üçün vəsaitin yığılması bələdiyyənin müstəsna səlahiyyəti kimi göstərilməməsi, üstəlik bələdiyyələrə xəritələrin verilməməsi bələdiyyənin fəaliyyətinə ciddi şəkildə problem yaradır.
Mingəçevir bələdiyyəsinin sahibkarlarla mütəmadi görüşlərinin nəticəsi olaraq bu gün agentliklər, sahibkarlar bələdiyyə ilə işləməyə can atırlar. Söhbətlərdən sonra ciddi irəliləyiş var.
Hazırda bələdiyyənin vergi müfəttişlərindən biri məhz bu işlə məşğuldur. Ancaq məqsədimiz bu istiqamətdə gəlirlərimizi il ərzində 6 min manat çatdırmaqdır.
Belediyye.info