"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi sakinlərin hansı müraciətinə müsbət cavab verdi?

--2017-01-31 / 05:35

Mingəçevir bələdiyyəsi məhəllə komitələrinin mürəciətlərinin həllinə başlayıb. Bu barədə Belediyye.infoya məlumat Mingəçevir bələdiyyəsindən daxil olub.

"Rabitə" məhəllə komitəsi ərazisində yerləşən mərasim zalının dam örtüyünün tam dəyişdirilməsinə kömək göstərilməsi xahişini nəzərə alaraq bələdiyyə iclası ərazinin dam örtüyünün yenisi ilə əvəzlənməsi üçün lazım olan tikinti materiallarının alınmasına qərar verib.

Məhəllə komitəsinin üzvlərinin iştirakı ilə 2.205 manat dəyərində tikinti materialları alınaraq sakinlərə təhvil verilib.

Komitənin sədri Qafur əhmədov sakinlər  adından bələdiyyəyə minnətdarlığını bildirib.

Belediyye.info

ŞƏRHLƏR