Mingəçevir bələdiyyəsinin üzvləri sakinlərlə səyyar görüşlərini davam etdirirlər. Bu barədə məlumatı bələdiyyənin mətbuat xidməti yayıb.
Növbəti tədbir A.Məmmədov küçəsi, 5a saylı binanın qarşısında baş tutub. Görüşdə sakinlər məhəllə komitəsi təsis etmək istədiklərini bildiriblər.
Məhəllə komitəsinin əsasnaməsi oxunduqdan sonra səsvermə yolu ilə 5 nəfərdən ibarət məhəllə komitəsinin tərkibi müəyyən edilib.
Görüşdə komitəyə “Ulduz” adı verilib. Məhəllədə nüfuzu ilə hörmət qazanmış, şəhid anası Ulduzə əhmədova yekdilliklə komitənin sədri seçilib. Bələdiyyənin sədri Coşqun Abdullayev yaradılmış məhəllə komitəsinin bələdiyyə ilə sıx əlaqə saxlamasını, məhəllənin problemləri barədə vaxtaşırı məlumat verməsini tövsiyə edib.
Sakinlər məhəllədəki xeyir-şər mağarının təmirinə kömək göstərilməsini, əraziyə zibil qutusunun qoyulmasını, mağar üçün yeni mətbəxin tikilməsini xahiş ediblər.
Bələdiyyə sədri qaldırılan məsələlərin həllində bələdiyyənin yardımçı olacağını bildirib.
Görüşdə bələdiyyənin sədr müavini əli əliyev, “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı iştirak ediblər.
Belediyye.info
|
|
|
|