"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi səyyar görüşlər keçirir

--2018-07-28 / 15:02

Mingəçevir Bələdiyyəsi ənənəvi olaraq məhəllələrdə səyyar görüşlər keçirir. Bu barədə məlumatı Mənigəçevir bələdiyyəsi yayaıb. Belə görüşlərdən ikisi H.əliyev pr. ev 72a və Y.Mənsurov küçəsi 7 saylı binaların qarşısında baş tutub.

Görüşlərdə iştirak edən Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev və «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Zahid Qasımlı sakinləri dinləyərək, qaldırılan məhəllədaxili problemləri qeydə aldılar və tezliklə imkan daxilində bir neçə məsələnin həll olunacağını bildiriblər.

H.əliyev prospektindəki 72a saylı binanın əsas problemi zirzəmiyə çirkab sularının dolmasıdır. Bu məsələ ilə bağlı «Azərsu» Səhmdar Cəmiyyətinin yerli idarəsinə məlumat verilib, problemin həllinə başlanılıb.

Görüçlərdə Y.Mənsurov küçəsinin sakinləri məhəllədaxili xeyir-şər mağarının təmirinə kömək göstərilməsini xahiş ediblər. Bələdiyyə tərəfindən həmin mağara ötən ay dam örtüyünün dəyişdirilməsi üçün tikinti materialları verilib.

Bələdiyyə sədri söz verib ki, yenidən həmin mağarın təmiri üçün tikinti materiallarının alınıb verilməsi məsələsi bələdyyənin növbəti ümumi iclasında müzakirəyə çıxarılacaq.

Sonda sakinlər görüşdən məmnun qadıqlarını bildiriblər və belə canlı ünsiyyətin bələdiyyə-vətəndaş münasibətlərinin möhkəmlənməsinə təkan verdiyini qeyd ediblər.

Belediyye.info

ŞƏRHLƏR