"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi səyyari görüş keçirib

--2016-03-01 / 20:00

Mingəçevir bələdiyyəsi səyyari görüş keçirib

Mingəçevir bələdiyyəsinin üzvləri sakinlərlə növbəti səyyar görüş keçiriblər. "Təbriz" məhəllə komitəsinin ərazisində baş tutan görüşü komitənin sədri Nurəddin Ağazadə açaraq bildirib ki, məhəllə komitəsinə üç ünvan - Naxçıvan küçəsi ev 38, 40 və A.şaiq küçəsi, ev 3 daxildir. O, məhəllənin əsas problemlərindən danışıb: "Xeyir-şər mağarının dam örtüyü yenisi ilə əvəzlənməli, binanın zirzəmisində kanalizasiya xətti bərbad vəziyyətdədir, dezinfeksiya işləri aparılmır, binanın qarşısındakı bəzi ağaclar təhlükə törədir, ərazidə zibil qutuları yoxdur, küçə işıqlandırılmır, binaların dam örtükləri təmir edilməlidir məhəlləyə təzə ağaclar əkilməlidir və s."

Məhəllə komitəsinin üzvləri Məmmədov Ramiz və Sadiqov Cəfər məhəllədə görüləcək işlərdə sakinlərin də fəal iştirak edəcəklərini bildirdilər.

Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev bələdiyyənin ötən ildəki fəaliyyətindən danışaraq, bu il görüləcək işlər barədə məlumat verib.

O, görüşdə qaldırılan məsələlərin diqqət mərkəzində saxlanılacağını və tezliklə həll olunacağını bildirib. Eyni zamanda sakinlərin nəzərinə çatdırıldı ki, işlərin surətlənməsi üçün əmlak vergisinin toplanması vacibdir.

Görüşdə iştirak edən şəhər icra Hakimiyyətinin ərazi icra nümayəndəsi Faiq Mustafayev və Mənzil Kommunal Təssərrüfatı Kombinatının direktoru şəhriyar Mustafayev də sakinlər tərəfindən irəli sürülən təklif və problemlər haqqında şəhər icra Hakimiyyəti başçısına məlumat verəcəklərini və məsələləri diqqətdə saxlayacaqlarını deyiblər.

Sonda görüş iştirakçıları qaldırılan problemləri yerində öyrənmək üçün əraziyə baxış keçiriblər.

Belediyye.info

 

ŞƏRHLƏR