"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə bayram payı verilib

--2016-09-12 / 18:21

Mingəçevir bələdiyyəsinin  yaydığı məlumata görə, 12 sentyabr tarixində  Mingəçevir bələdiyyəsi 135 imkansız ailəyə qurban əti paylayıb.

Bələdiyyə iclasının qərarıyla həyata keçirilən bu aksiyada müharibə və əmək veteranlarına, əfqanıstan müharibəsi iştirakçılarına, lal-kar və digər katerqoriyalı əlillərə “Qurban əti”  verilib.

Bələdiyyədən verilən məlumatda daha sonra qeyd edilir ki, bələdiyyə hər il   aztəminatlı ailələrə belə yardım payları verir.

Belediyye.info

ŞƏRHLƏR