"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi verdiyi vədə əməl etdi

--2018-09-11 / 14:02

Mingəçevir bələdiyyəsinin üzvləri bir neçə gün əvvəl şəhərin N.Nərimanov prospekti, ev 28/1 və Naxçıvan küçəsi, ev 48, 48/1 ünvanlarında sakinlərlə görüş keçirmişlər. Bu bərədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Görüş zamanı sakinlər yerli əhəmiyyətli məhəllədaxili problemlərdən danışmışdılar. Hər iki məhəllədə xeyir-şər mağarlarının təmirinə kömək göstərilməsi, bunun üçün lazımi tikinti materiallarının alınması xahiş edilmişdir.

Bələdiyyə sədri C.Abdullayev tezliklə həmin problemin həllinə yardım edəcəyini bildirmişdir. Məsələ bələdiyyənin iclasında müzakirə edildi və müsbət qərar verildi. Məhəllələrdəki xeyir-şər mağarlarının təmiri üçün lazım olan tikinti materiallarının alınmasına maliyyə vəsaiti ayrıldı və materiallar alınaraq məhəllə komitələrinə təhvil verildi. Bu iş üçün bələdiyyə büdcəsindən 3089 manat vəsait sərf olundu.

Belediyye.info

ŞƏRHLƏR