"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir Bələdiyyəsi yeni bir layihəyə başladı

--2018-11-21 / 15:31

Mingəçevir Bələdiyyəsi sakinlərin müraciətlərini nəzərə alaraq, şəhərin N.Nərimanov prospektindəki 41, 43, 45 saylı binaları əhatə edən 126-cı məhəllədə “Nümunəvi Məhəllə” layihəsinə start verib. ilkin olaraq, bələdiyyənin üzv və qulluqçuları iməcilik keçirərək, həmin ərazidə ağacəkmə kampaniyasına başlayıb. Bu gün ərazidə 50 ədəd şam ağacı əkilib, sulanıb, dayaq dirəkləri basdırılıb. Ağaclara qulluğu bələdiyyə qulluqçuları ilə birgə məhəllə sakinləri üzərlərinə götürüblər.

“Nümunəvi Məhəllə”də nəzərdə tutulmuş digər işlər – idman və uşaq əyləncə qurğuları, oturacaqlar və s. avadanlıqların qoyulması, asfaltlama və torpaqlama, digər abadlıq-quruculuq işlərinin görülməsi ardıcıllıqla həyata keçiriləcək. Bu barədə əlavə informasiyalar veriləcək.

Bələdiyyənin Mətbuat Mərkəzi

21.11.2018

ŞƏRHLƏR