Mingəçevir Bələdiyyəsinin fevral ayında başladığı layihə, Heydər əliyev, Həzi Aslanov və ismət Qayıbov küçələrinin kəsişdiyi ərazidə sakinlərin mənalı istirahəti, uşaqların, yeniyetmə və gənclərin şən, səmərəli asudə vaxt keçirmələri üçün yaradılan istirahət məkanında işlər başa çatıb.
istirahət məkanının açılış mərasimində məhəllə sakinləri, icra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının rəhbərliyi, Mingəçevir bələdiyyəsinin üzvləri, idarə və təşkilatların rəhbərləri, müharibə və əmək veteranları ictimai birliyinin üzvləri, təhsil və tərbiyə ocaqlarının, gənclər və idman idarəsinin, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhər icra Hakimiyyətinin başçısı ilham ismayılov çıxış edərək dövlətimizin başçısı ilham əliyevin müvafiq sərəncamları, həmçinin tapşırıqlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparılmasının, sahəsinin genişlənməsinin vətəndaşlara göstərilən xidmətin bir hissəsi olduğunu bildirdi. Qeyd olundu ki, şəhər icra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilən quruculuq işlərində Mingəçevir Bələdiyyəsi də yaxından iştirak edir. Burada yaradılan şərait, insanların rahat istirahət etməsi, uşaqların, gənclərin əylənməsi, fiziki sağlamlığı üçün idman qurğularının quraşdırılması mingəçevirlilər tərəfindən razılıqla qarşılanır. şəhərimizin bir çox məhəllərində, parklarında bu cür işlər görülüb və davam etdirilir. Bu ümumşəhər layihəsində şəhər işıqlanma, yaşıllaşdırma və sanitar təmizlik, mənzil təsərrüfatı və abadlaşdırılması idarələrinin kollektivləri də iştirak ediblər. əsas məqsəd səmərəli istirahəti, eyni zamanda yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olması üçün burada yaşıdları ilə birlikdə yaradılan qurğulardan istifadə etməsi, fiziki sağlamlıqlarını qorumaqla şən və mənalı vaxt keçirmələridir.
Sonra iştirakçılar istirahət məkanı ilə tanışlıq etdilər. ərazidə 3 ədəd söhbətgah yaradılıb, oturacaqlar qoyulub. Futbol və basketbol meydanlarında qurğular, uşaq-əyləncə atributları, sürüşkənlər, böyüklər üçün idman qurğuları quraşdırılıb. Yaşıllıq zolaqlarında ağac tingləri əkilib. işıq dirəkləri hazırlanıb, işıqlanma sistemi yeni layihəyə əsasən quraşdırılıb. Vətəndaşların gediş gəlişi üçün gəzinti yolu asfaltlanıb, bordürlər salınıb.
Gənclər və idman idarəsinin nəzdindəki uşaq gənclər idman məktəbinin futbol və basketbol komandalarının yarışları, 2 nömrəli uşaq bağçası körpələr evinin balacalarının yaradılan qurğularda əylənmələri, sürüşkənlərdəki şən oyunları iştirakçılar tərəfindən maraqla qarşılandı.
Sakinlərdən Validə əlizadə, Mustafa Muradov və başqaları şəhərimizin bir çox məhəllələrində bu cür istirahət məkanlarının yaradılmasını təqdir edərək minnətdarlıq etdilər.
Mingəçevir Bələdiyyəsinin sədri Ramiz əliyev məlumat verdi ki, Bələdiyyə tərəfindən ötən illərdə də şəhərimizdə abadlıq quruculuq işlərinə töhfələr olub. Bələdiyyə parkında yenidənqurma işləri aparılıb, məhəllələrdə xeyir-şər mağarlarının təmirinə yardımlar göstərilib, oturacaqlar qoyulub və s. Bundan sonra da Mingəçevirin gözəlləşməsi, inkişafı və tərəqqisi naminə həyata keçiriləcək layihələrdə iştirak edəcəyik.
Mingəçevir bələdiyyəsi
|
|
|
|
|
|
|
|
|
|
|