Mingəçevir bələdiyyəsi şəhərin ən böyük məhəllələrindən biri olan ərazidə - 20 Yanvar küçəsindəki 18, 20 və 22 saylı binaların qarşısında “Abad məhəllə” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Məlumatda bildirilir ki, ərazinin hamarlanaraq hazırlanması prosesi başa çatıb. Fevral-mart aylarında bələdiyyə həmin məhəllədə ağacəkmə kompaniyası aparmışdı. “Abad məhəllə” layihəsinə görə, ərazidə uşaqlar üçün idman-əyləncə qurğuları quraşdırılacaq, sakinlərin istirahəti üçün söhbətgah, kölgəliklər, oturacaqlar düzəldilərək, müxtəlif yerlərdə yerləşdiriləcək. Məhəllədə mini futbol meydanşçası, basketbol, həndbol oyunları üçün sahələr və cürbəcür sağlamlıq-idman qurğularının tikilməsi də nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|