"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi yüksək bal toplayan məzunları mükafatlandırdı

--2015-09-07 / 23:48

Mingəçevir Bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə bələdiyyə  üzvləri ali məktəblərə qəbulda 500-dən yuxarı bal toplayan bir qrup məzunla görüş keçirib. Görüşdə bələdiyyə sədri Coşqun Abdullayev, şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək şəhər məktəblərinin bu ilki uğurlarından danışaraq tədbirdə iştirak edən məzunları ali məktəblərə qəbul olduqlarına görə təbrik ediblər.

10 saylı məktəbin direktoru Xumarə Mikayılova rəhbərlik etdiyi məktəbdən 15 nəfər məzunun 500-dən yuxarı bal topladığı barədə məlumat verdi və görüş üçün bələdiyyəyə təşəkkürünü bildirib.

Çıxış edənlər  - bələdiyyə üzvləri Zahid Qasımlı, əli əliyev, Mircəmil Hacıyev, Nəbi Nəbiyev, məzun Nəbiyeva Nərmin, şəhər üzrə ən çox bal (692 bal) toplamış Zeynəb əmiraslanovanın valideyni tələbələrə uğurlar arzulayaraq tövsiyələrini veriblər.

Görüşün sonunda yüksək bal toplayan 15 nəfər məzuna bələdiyyə tərəfindən pul mükafatı və gül dəstələri verildi.

Tədbirin iştirakçıları bələdiyyənin həyətində  xatirə şəkli çəkdiriblər.

Belediyye.info

ŞƏRHLƏR