Mingəçevir bələdiyyəsində beynəlxalq anım günü qeyd edilib
26 aprel - Çernobıl AES-da baş vermiş qəzanın ildönümü dünyada Beynəlxalq anım günü kimi qeyd edilir. Bu münasibətlə Mingəçevir şəhər icra Hakimiyyətinin və Mingəçevir bələdiyyəsinin təşkilatçılığı ilə Çernobıl əlilləri çay süfrəsi ətrafında görüş keçiriblər. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Görüş qəzanın nəticələrini aradan qaldırarkən həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mingəçevir şəhər icra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib əliyev, Mingəçevir bələdiyyəsinin «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Zahid Qasımlı əfqanıstan Veteranları Cəmiyyətinin şəhər şöbəsinin sədri Elşən ibrahimli, AYB şəhər Təşkilatının rəhbəri ismayıl imanzadə, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev çıxış edərək, Çernobıl AES-dəki qəzanın bəşəri fəlakət olduğunu, qəzanın törətdiyi faciənin hələ də qurbanlar verdiyini və belə vəziyyətin bir daha baş verməməsi üçün dünya ictimaiyyətinin həmrəy olmasının vacibliyini vurğulayıblar.
Görüşdə Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor AES-in bağlanması barədə ictimaiyyətə müraciət qəbul edilib.
Sonda “Çernobılçılar” onlara göstərilən dövlət qayğısından danışaraq, təklif və rəylərini bildiriblər.
Belediyye.info
|
|
|