"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsində Milli Mətbuatın 140 illiyi qeyd edildi

--2015-07-23 / 21:49

Mingəçevir bələdiyyəsində Milli Mətbuatın 140 illiyinə həsr edilmiş tədbir keçirilib. Bu barədə məlumatı Belediyye.info saytına bələdiyyədən  verilib. Tədbirdə Mingəçevirdə fəaliyyət göstərən KiV nümayəndələri və bələdiyyə üzvləri iştirak ediblər. Çıxış edənlər – bələdiyyənin sədri Coşqun Abdullayev, «Mingəçevir» qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, «Azərbaycan işıqları» qəzetinin bölgə müxbiri Yusif ələkbərov, bələdiyyənin «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Zahid Qasımlı, «Mingəçevir leysanı» jurnalının baş redaktoru ismayıl imanzadə, Mingəçevir televiziyasının müxbiri Ehtiram Muradlı, «Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları mətbuatımızın tarixindən, bu günkü vəziyyətindən, bələdiyyə ilə yerli mətbuatın qarşılıqlı fəaliyyətindən danışdılar, təkliflərini bildiriblər.

Çay süfrəsi arxasında keçən tədbirin sonunda şəhərdə fəaliyyət göstərən KiV təmsilçilərinə bələdiyyə tərəfindən pul mükafatı verildi.

Belediyye.info

ŞƏRHLƏR