Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə, xüsusiylə 1993-cü ildə iyun ayından sonra qanunvericiliyin möhkəmləndiriliməsi istiqmətində mühüm işlər görülüb. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikası Konstitusiyası qəbul olunub.
Zamanın tələblərinə uyğun olaraq bir neçə dəfə Konstitusiyaya əlavə və dəyişiklik edilib. Demokratik dövlətlərdə qanunvericilik daim təkmilləşməyə məruz qalır. Cəmiyyət və tarixi şərait dəyişdikcə daha müasir dünya standartları meydana çıxdıqca normalar da yenilənməyə, əlavə və dəyişikliklərə ehtiyac duyur. Nəzərə alsaq ki, Konstitusiya dövlətimizin qanunvericilik sisteminin əsasıdır, deməli onu zamanın yeni tələblərinə uyğunlaşdırmaqla bütovlükdə qanunvericilik aktlarının səmərəliliyinə nail oluruq. Məhz bu zəruriəti nəzərə alan cənab prezident ilham əliyev Konstitusiyada insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizliyi və sair mühüm məsələləri nəzərdə tutan dəyişikliklərin edilməsi məqsədiylə Referendum keçirilməsi üçün təklifləri Konstitusiya Məhkəməsinə göndərib və təklif qəbul edilib. Ümumilikdə 29 əlavə və dəyişikliyin edilməsi nəzərdə tutulur.
Bu əlavə və dəyişikliyin zəruriliyini əhaliyə izah edilməsi üçün təşviqat qrupunun yaradılması və həmin subyektlərin maarifləndirilməsi, qanunvericiliyin onlara aşılanması, hüquqi biliklərin arıtırlıması günümüzün ən aktual məsələlərindəndir. Maarifləndirmə tədbirləri Referendum üzrə təşviqat qrupları fəaliyyətini daha təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Seçicilər arasında Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklərin şərh edilməsi və əhalinin ümumxalq səsverməsində iştirakının təşviq edilməsi məqsədiylə Mingəçevir bələdiyyəsində Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb. Və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrdə müyyən edilib.
Təşəbbüs qrupunun tərkibinə bələdiyyə üzvləri, qulluqçuları və bələdiyyənın məhəllə komitələrinın fəalları təmsil olunurlar.
Təşəbbüs qruplarında müxtəlif sosial qrupları təmsil edən və bələdiyyələrin ərazilərində yaşayan fəallarla formalaşdırılması seçicilərimizin daha mütəşəkkil formada Referendumda iştiraklarına səbəb olacaqdır.
Coşqun Abdullayev
Mingəçevir Bələdiyyəsinin sədri