Ümummilli lider Heydər əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Mingəçevir bələdiyyəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan bələdiyyənin sədri Coşqun Abdullayev ulu öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verdi. «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Zahid Qasımlı Heydər əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasındakı xidmətlərdən danışdı. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Tədbir iştirakçıları ulu öndərin bələdiyyə institunun formalaşmasındakı rolundan, onun davamçısı prezident ilham əliyevin daxili və xarici siyasətindən, beynəlxalq arenada Azərbaycanın tanıdılmasından və başqa məsələlərdən söz açdılar.
Sonda ulu öndərin abidəsinin ziyarət edilməsi qərara alındı.
Belediyye.info