“Mingəçevir bələdiyyəsində vətəndaşların qəbulu normal təşkil olunub”-bu fikirləri Mingəçevir bələdiyyəsinin komisiyya sədri Zahid Qasımlı bildirib.
Komissya sədrinin sözlərinə görə, bələdiyyə binasının giriş hissəsində qəbulla bağlı xüsusi lövhə asılıb. Lövhədə sədrin, müavinin və komissiya sədrlərinin ad və familiyaları, qəbul günləri, saatları və otaqların nömrələri barədə məlumatlar yazılıb. Bu məlumat lövhəsi elə yerdə asılıb ki, hamı onu görə bilir. Lakin lövhədə qəbul günləri göstərilsə də, sakinlər bələdiyyədə hər gün qəbul edilir. Vətəndaşların qəbulu ilə bağlı vətəndaşlara heç bir məhdudiyyət qoyulmayıb. Sədrin qəbuluna gələnlərin qeydiyyatı aparılır. Qəbullarda komissiya sədrləri də iştirak edirlər. Vətəndaşların qaldırdıqları məsələlər komissiyalarda araşdırılır, bələdiyyə iclarında müzakirəyə çıxarılır və müvafiq qərarlar verilir. Dərhal həll olunan məsələlər şöbələr vasitəsi ilə icra olunur. Bu ilin birinci rübü ərzində bələdiyyənin sədri tərəfindən 523 nəfər qəbul edilib.
Belediyye.info