sorğu
ikinci Dünya müharibəsinin veteranı Rzayev əmrah Qurban oğlunun qızı Mingəçevir bələdiyyəsinə atasının məzarüstü abidəsinin düzəldilməsi xahişi ilə müraciət edib. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Mingəçevir bələdiyyəsi Böyük Vətən müharibəsi iştirakçısı olmuş mingəçevirli Rzayev əmrahın rəşadətli döyüş yolu keçdiyini və şəhərin ictimai-siyasi həyatındakı fəaliyyətini nəzərə alaraq, müraciətə müsbət yanaşmış və bələdiyyə büdcəsi hesabına veteranın dəfn olunduğu qəbirstanlıqda məzarüstü abidəni hazırlatdırıb təhvil verib.
Abidənin açılışında bələdiyyə sədri Coşqun Abdullayev, "Yerli sosial məsələləri" daimi komissiyasının sədri Zahid Qasımlı və mərhumun ailə üzvləri iştirak ediblər.
Belediyye.info