"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

MiNGəçEViR BəLəDiYYəSiNiN 2017-CI ILIN I YARIMILLIYINDəKI FəALiYYəTi BARəDə HESABATI-TAM MəTN

--2017-07-14 / 18:56

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq, 2017-ci ilin I yarımilliyində bələdiyyə tərəfindən görülmüş işlər barədə               6 aylıq hesabat ictimaiyyətə təqdim edilir.

2017-ci ilin I yarımilliyində bələdiyyənin 9 iclası olub. iclasların gündəliyinə 49 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Gündəliyə daxil edilmiş məsələlərdən 18-i icarəyə və mülkiyyətə torpaq sahələrinin verilməsi ilə, 5-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 8-si maddi yardımlarla, 18-si təşkilati və digər məsələlərlə bağlı olub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.

Ötən il bələdiyyəyə vətəndaşlardan 750 ədəd ərizə və məktub daxil olub. 303 nəfər maddi yardımla, 106 nəfər sahibkarlıq fəaliyyəti üçün torpaq sah1əsi ayrılması ilə, 60 nəfər fərdi mənzil tikinitisi üçün torpaq sahəsi almaqla, 2 nəfər tikinti və təmir işləri ilə bağlı müraciət edib. 279 müraciət arayış və məlumatlarla əlaqədar olub. Müraciət edən şəxslərdən 14-ü şəhid ailəsi, 16-sı Qarabağ maharibəsi əlili, 12-si köçkün, 20-i əlil, 3-ü ehtiyatda olan zabitdir.

Maddi yardımla bağlı müraciətlərin əksəriyyəti müsbət həll olunub. Belə ki, 26 nəfərə pul və material yardımı, digərlərinə isə ərzaq yardımı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərdən 65 nəfərə mövsümi ictimai-iaşə xidməti ilə məşğul olmağa icazə verilib, 5 nəfərə hərrac və ya müqsabiqə yolu ilə torpaq sahəsi ayrılıb, 23 nəfərin icarəsinə verilmiş torpaq sahəsinin icarə müddəti uzadılıb.

28 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yazılı cavablar verilib.

il ərzində bələdiyyəyə rəsmi orqanlardan 353 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 15-i şəhər icra Hakimiyyətindən, 14-ü Mərkəzi icra Hakimiyyətlərindən, 324-ü isə idarə və təşkilatlardan göndərilib. Sənəd və məktublara müvafiq qanunvericiliyin tələblərinə uyğun baxılaraq, cavablar yazılıb. Tövsiyyə, təlimati xarakterli və qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün komissiya və şöbələrə verilib.

əlavə olaraq qeyd edək ki, bələdiyyəyə 6 ay ərzində ağacların budanması və kəsilməsi ilə bağlı vətəndaşlardan 29, idarə və təşkilatlardan 40 müraciət daxil olub. Müracətlərin icrası ilə bağlı bələdiyyə müvafiq qərar verərək, 8 сайлы Ярази, Еколоэийа вя Тябии Сярвятляр Шюбясинə göndərmişdir.

Hesabat dövründə bələdiyyə sədri tərəfindən 910 nəfəri fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq, həllini tapıb.

Həmçinin bələdiyyədə 966 nəfər hərbçinin məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.

2017-ci ilin I yarımilliyində bələdiyyə büdcəsinin gəlirləri 272.264,72 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

-fiziki şəxslərdən torpaq vergisi 2.510,92 manat;

-fiziki şəxslərdən əmlak vergisi 5.513,56 manat;

-yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 6.500 manat;

-bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi üçün ödəniş 1.734,08 manat;

-bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 3.066 manat;

-bələdiyyə ərazisində mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 1.285 manat;

-bələdiyyə ərazisində nəqliyyat vasitələrinin dayanacaqları üçün ödəniş 1.674 manat;

-icarəyə verilmiş torpaq sahələrindən ödənilən icarə haqqı 55.403,66 manat;

- bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 15.603,50 manat;

-bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir 8.974 manat olub.

Bunlardan əlavə, dövlət büdcəsindən Mingəçevir bələdiyyəsinə bu il 170.000 manat dotasiya ayrılıb.

Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə 240.752,46 manat olub. Xərclərin istiqaməti aşağıdakı kimidir:

-əmək haqqı və onunla bağlı sair ödəmələrə 51.130,79 manat;

-Dövlət Sosial Müdafiə Fonduna ödənişə 16020 manat;

-abadlaşdırma xidmətləri haqqına 135700 manat;

-sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 2205 manat;

-vətəndaşlara maddi yardımların verilməsinə 5630 manat;

- imkansız ailələrin dəfn-yas mərasim xidmətlərinin təşkilinə 1360 manat;

-nəqliyyat xidmətlərinə 1420 manat;

-mədəni-kütləvi tədbirlərin keçirilməsinə 755 manat;

-mətbuata abunə xərclərinə 1117,40 manat;

-dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 402,97 manat;

-kommunal və digər (elektrik enerjisi, su-kanalizasiya, qaz, rabitə) xidmətlərə 3052,65 manat;

-bələdiyyənin inzibati binasının cari təmir xərclərinə 1654,60 manat;

-ezamiyyə xərclərinə 257,56 manat;

-bankın xidmət haqqına 1127,58 manat;

-sair cari xərclərə (bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, arxiv idarəsinə ödəniş həmkarlar ittifaqına üzvlük haqları, audit yoxlanması xərcləri, torpağın mülkiyyət sənədlərinin rüsum xərcləri, işçilərin gəlir vergisi, silahlı qüvvələrə yardım fonduna ödəmə, komputer-internet xərcləri və s.) 18918,91 manat vəsait xərclənib.

2017-ci ilin I yarımilliyində bələdiyyə ərazisindəki park, bağ, küçə və qəbirstanlığın abadlaşdırılmasına müəyyən məbləğdə vəsait sərf olunub. Qəbirstanlıqda görülmüş abadlıq işlərinə 620 manat, S.Vurğun adına parkda cari təmir işlərinə 80 manat, Naxçıvan küçəsinin sağ hissəsindəki bataqlıq ərazinin torpaq daşınıb tökməklə qurudularaq abadlaşdırılmasına 135000 manat  vəsait xərclənib. Çoxsaylı şəhər sakinlərinin fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə bağlı müraciətlərinə əsasən bələdiyyə həmin ərazinin yaşayış üçün yararlı vəziyyətə salınmasını qərara aldı. Bu məqsədlə dövlət büdcəsindən ayrılmış dotasiya hesabına ərazi torpaq daşınıb qurudularaq abadlaşdırıldı. iş hazırda davam edir.

Bundan başqa, dövlət büdcəsindən ayrılmış dotasiya hesabına bələdiyyənin inzibati binasında 3 iş otağı təmir edilmiş, sanitar qovşaq olan otağın qapı-pəncərəları yeniləri ilə dəyişdirilmişdir.

Hesabat dövründə də məhəllə komitələri ilə sıx əlaqələrimiz olub. Məhəllə komitələrinin yığıncaqlarında, tədbirlərində bələdiyyə üzvləri fəal iştirak edib.

“Rabitə” məhəllə komitəsinin müraciəti əsasında H.əliyev pr. ev 47/2 ünvanında yerləşən sosial—mədəni təyinatlı obyektin (xeyir-şər mağarının) təmiri üçün tikinti materiallarının alınmasına 2205 manat vəsait xərclənib.

Bu ilin 6 ayında da bələdiyyə imkansız və kimsəsiz ailələri, imtiyazlı şəxsləri unutmayıb. Vətəndaşların, məhəllə komitələrinin müraciətləri əsasında yardıma ehtiyacı olanların siyahısı tutularaq, onlara müxtəlif şəkildə (pul, tikinti materialı, ərzaq bağlaması, yas-dəfn mərasimlərinə maddi və mənəvi kömək vermək şəklində) yardımlar göstərilib.

Novruz bayramı münasibəti ilə 400 imkansız ailəyə ərzaq bağlamaları paylanıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 4240 manat vəsait xərclənib. 23 nəfər imkansız ailəyə ümumilikdə 820 manat pul yardımı göstərilmişdir. C.əliyev  küçəsi ev 21, mənzil 13-də yaşayan I qrup Qarabağ müharibəsi əlili Allahverdiyev Arzuman ələsgər oğlunun yanmış mənzilinə plastik qapı və pəncərənin düzəldilib quraşdırılmasına 500 manat, bələdiyyə qulluqçusu Nəsibova Vəfa Fərhad qızına anasının yas mərasiminin təşkilinə 300 manat, şəhid Qasımov Teymur Sabir oğlunun il mərasiminin keçirilməsinə 1060 manat yardım edilmişdir.

Hesabat dövründə Mingəçevir bələdiyyəsi Qeyri-Hökümət təşkilatları və Kütləvi informasiya Vasitələri ilə əməkdaşlığı davam etdirib. Belə ki, əfqanıstan Veteranları ittifaqı şəhər şöbəsinə tədbir keçirilməsi üçün 50 manat, şəhid ailələri cəmiyyətinin kommunal xərcləri üçün 20 manat ayrılmışdır.

2017-ci ilin I yarımilliyində bələdiyyə 10 adda yerli və respublika mətbuatına abunə yazılıb. KiV-lərə abunə yazılışına bələdiyyə büdcəsindən 1117,40 manat vəsait sərf olunub.

 

2017-ci ilin I yarımilliyində bələdiyyə bir sıra mədəni-kütləvi, idman təbdirlərinin təşkilatçısı və himayədarı olub. Yeni il şənliyi, 20 Yanvar-Ümumxalq Hüzn günü, Beynəlxalq Qadınlar günü, 9 May – Faşizm üzərində Qələbə günü, Ulu öndər H.əliyevin anadan olmasının ildönümünə həsr edilmiş Bələdiyyə Kuboku uğrunda avarçəkmə yarışları, Silahlı Qüvvələr günü müxtəlif tədbirlər həyata keçirilib.

Yuxarıda qeyd edilən tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 755 manat vəsait sərf olunub.

Bundan əlavə, bələdiyyədə digər tədbirlər də təşkil olunub. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli təşkilatı ilə birgə “islam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir,  Çernobıl qəzasının ildönümü ilə əlaqədar “çernobılçılar”la “Dəyirmi Masa”, şəhər Uşaq yaradıcılıq Mərkəzinin Türkiyədə keçirilmiş uşaq bayramında iştirak etmiş üzvləri ilə görüş belə tədbirlərdəndir.

Hesabat dövründə Bələdiyyə nəzdində «Dəfn mərasimi xidmətləri», «Peşəyönümlü Maraq Kursları»  və «Məişət xidməti» sahələri əhaliyə xidmət  göstərib.

«Dəfn mərasimi xidmətlər»  sahəsi tərəfindən 224 dəfn təşkil edilib. 23 imkansız ailə yaxınlarının dəfn xidmətindən azad olunub, 6 nəfər kimsəsizin dəfn mərasimi bələdiyyə hesabına həyata keçirilib.

«Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru ixtisası üzrə 9 nəfər tam kursları bitirərək, diplom alıb.

Xidmət sahələrinin saxlanılmasına bələdiyyə  büdcəsindən 6687 manat vəsait xərclənib. Belə ki, «Dəfn mərasimi xidmətləri» sahəsinin saxlanılmasına 5817 manat, “Peşəyönümlü Maraq Kursları”nın saxlanılmasına 474 manat, “Məişət xidməti” sahəsinin saxlanılmasına 396 manat ayrılıb. «Dəfn mərasimi xidmətləri» sahəsi 2033 manat, “Məişət xidməti”sahəsi 254 manat mənfətlə işləyib.

2017-ci ilin I yarımilliyində bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti üçün 470 kv.m torpaq sahəsinin ticarət obyekti tikintisi üçün icarəyə verilməsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Fərdi mənzil tikintisi üçün müraicət edən vətəndaşlardan 28 nəfərin müraciətinə müsbət cavab verilib. Bu məqsədlə bələdiyyə tərəfindən 6 ay ərzində 10998 kv.metr və ya 1.0998 ha torpaq sahəsinin alqı-satqısı həyata keçirilib. Fərdi mənzil tikintisi üçün 5 nəfər şəhid ailəsinin hər birinə 400 kv.m olmaqla, cəmi 2000 kv.m, 5 nəfər Qarabağ Müharibəsi əlilinə 2 ədəd 600 kv.m, 2 ədəd 400 kv.m, 1 ədəd 258 kv.m olmaqla, cəmi 2258 kv.m, 3 nəfər ehtiyatda olan hərbiçiyə 1 ədəd 600 kv.m və 2 ədəd 400 kv.m olmaqla, cəmi 1400 kv.m, ümumilikdə 5658 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edək ki, onlara torpaq sahələri ödənişsiz verilib.

Mingəçevir Bələdiyyəsinin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. istənilən şəxs Mingəçevir Bələdiyyəsinin fəaliyyəti barədə bələdiyyənin internet saytından (www.mingechevir-belediyye.az) dolğun məlumat ala bilər.

Mingəçevir Bələdiyyəsi şəhər icra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurur.

Mingəçevir Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməklə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Mingəçevir bələdiyyəsi 

ŞƏRHLƏR