2015-Ci iLiN 6 AYI əRZiNDə
MiNGəÇEViR BəLəDiYYəSiNiN FəALiYYəTi BARəDə
HESABAT
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun və Mingəçevir Bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq, Mingəçevir Bələdiyyəsi 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
Mingəçevir Bələdiyyəsi 2015-ci ilin I yarımilliyində 10 iclas keçirmişdir. iclaslarda 55 məsələ müzakirə olunmuş və müvafiq qərarlar çıxarılmışdır. iclasların gündəliyinə çıxarılan məsələlərdən 14-ü torpaqla əlaqədar, 12-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 11-i maddi yardımlarla, 18-i təşkilati məsələlərlə bağlı məsələlər olmuşdur.
Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən 365 ərizə və müraciət daxil olub. Onlardan 108-i maddi yardımla, 36-sı fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla, 5-i tikinti-təmir işləri ilə bağlıdır. 203 ərizə məlumat xarakterli müraciətlərdir. ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Belə ki, 98 nəfərə maddi yardım verilmiş, 4 nəfərə sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılmış, 43 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılmışdır. Qeyd edək ki, torpaq sahələrinin ayrılması proseduruna ötən illərdə başlamış vətəndaşlara qərarlar verilmişdir. Obyektiv səbəblərə görə, bu ilin 6 ayında fərdi mənzil tikintisi və sahibkarlıq fəaliyyəti üçün torpaq sahələri ayrılmamışdır.
Ümumiyyətlə, hesabat dövründə fərdi mənzil tikintisi üçün 20340 kv.m, sahibkarlıq fəaliyyəti üçün 240 kv.m torpaq sahəsi mülki dövriyyəyə cəlb olunmuşdur. Güzəştli kateqoriyadan olan 6 nəfər şəhid ailəsinə, 4 nəfər Qarabağ Müharibəsi əlilinə cəmi 3950 kv.m torpaq sahəsi ayrılmışdır.
2015-ci ilin 6 ayında bələdiyyəyə 238 ədəd sənəd və məktub daxil olmuşdur. Bunlardan 14-ü şəhər icra Hakimiyyətindən, 2-ci Milli Məclisdən, 22-si nazirliklərdən, 224-ü idarə və təşkilatlardan göndərilib.
Bələdiyyəyə ərizə və müraciət edənlərdən 11-i köçkün, 9-u şəhid ailəsi, 7-si müxtəlif dərəcəli əlil, 5-i ehtiyatda olan zabit, 21-i əfqanıstan və Qarabağ Müharibəsi əlili, 1-i Qarabağ müharibəsi iştirakçısı, 2-si Böyük Vətən Müharibəsi veteranı olmuşdur ki, onların da əksəriyyətinin müraciətləri müsbət həllini tapmışdır.
6 ay ərzində bələdiyyə sədri 512 nəfəri qəbul etmişdir. Qəbula gələnlərdən 230-u torpaqla, 18-i maddi yardımla, 3-ü tikinti ilə, 7-si işlə təmin olunmaqla, 12-si xeyir-şər mağarının təmiri ilə, 21-i məzuniyyətdə olan əsgərlərin qeydiyyatı ilə və müxtəlif məsələlərlə bağlı müraciətlər etmişlər. Müraciətlərin bir qismi dərhal icra olunmuş, bir qismi araşdırılmaq üçün müvafiq komissiyalara göndərilmişdir.
2015-ci ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 173702,06 manat olmuşdur. Gəlirlər aşağıdakı mənbələrdən formalaşmışdır:
|
â„– |
Mənbələr |
Məbləğ |
|
Fiziki şəxslərdən torpaq vergisi |
2036,50 |
|
|
Fiziki şəxslərdən əmlak vergisi |
3777,34 |
|
|
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi |
12600,00 |
|
|
Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş |
275,00 |
|
|
Digər daşınmaz əmlakın özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş |
- |
|
|
Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş |
1979,60 |
|
|
Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş |
945,00 |
|
|
Bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya muvəqqəti dayanacaqları üçün ödəniş |
1145,00 |
|
|
Dövlət büdcəsindən verilən dotasiya |
77500,00 |
|
|
Dövlət büdcəsindən verilən subvensiya |
- |
|
|
Bələdiyyə əmlakının satışından daxil olan gəlirlər |
960,00 |
|
|
icarəyə verilmiş torpaqdan icarə haqqı |
62962,62 |
|
|
icarəyə verilmiş əmlakdan icarə haqqı |
- |
|
|
Fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələr və qrantlar |
- |
|
|
Dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün ayrılmış maliyyə vəsaiti (kompensasiya) |
- |
|
|
Beynəlxalq təşkilatların və fondların maliyyə yardımları, ianələr və qrantlar |
- |
|
|
Bələdiyyələrin digər fəaliyyətindən daxil olan gəlirlər |
9521,00 |
|
|
CəMi: |
173702,06 |
|
Ötən ilin 6 ayı ilə müqayisədə icarəyə verilmiş torpaqlardan icarə haqqı, bələdiyyə mülkiyyətində olan ərazilərdə reklamın yerləşdirilməsi üçün ödəniş, səyyari ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, avtomobil dayanacaqları üçün ödəniş nisbətən artmışdır.
Hesabat dövründə bələdiyyənin xərcləri ümumiilikdə 123948,95 manat təşkil etmişdir. Xərclər aşağıdakı istiqamətlər üzrə olmuşdur:
|
â„– |
Xərclərin istiqamətləri |
Məbləğ |
|
ə/h və onunla bağlı sair ödəmələr |
50854,08 |
|
|
DSMF-na ödəniş |
14000,00 |
|
|
Dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması |
1340,50 |
|
|
Nəqliyyat xidmətləri haqqı |
2623,50 |
|
|
Mətbəə xərcləri |
675,00 |
|
|
Ezamiyyə xərcləri |
523,00 |
|
|
Elektrik enerjisi haqqı |
857,20 |
|
|
Su və kanalizasiya xidmətləri haqqı |
- |
|
|
Rabitə xidməti haqqı |
250,00 |
|
|
Binaların icarə haqqı |
55,00 |
|
|
inventar və avadanlığın alınması |
1080,00 |
|
|
Abadlaşdırma xidmətləri haqqı |
10320,80 |
|
|
Sair cari xərclər |
12520,66 |
|
|
Binaların cari təmir xərcləri |
2984,15 |
|
|
əsas vəsaitlərin alınması |
3890,00 |
|
|
Sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri |
2220,00 |
|
|
Yolların cari təmiri |
2613,08 |
|
|
Yardım |
4555,00 |
|
|
Bankın xidmət haqqı |
868,92 |
|
|
Dəfn və mərasim xidmətlərinin təşkili |
660,00 |
|
|
Abunə xərcləri |
1030,00 |
|
|
Mədəni-kütləvi tədbirlər |
2420,00 |
|
|
Xidmət sahələrinin saxlanması |
7608,06 |
|
|
Qəbirstanlıqların saxlanması |
- |
|
|
CəMi: |
123948,95 |
|
Mingəçevir Bələdiyyəsi tərəfindən 6 ay ərzində görülmüş işlərin xülasəsini nəzərinizə çatdırırıq.
Abadlaşdırma işlərinə bələdiyyə büdcəsindən ümumilikdə 10320,80 manat vəsait xərclənmişdir. Abadlıq işləri Az.Yolmaş zavodunun qarşısındakı ərazidə (3720 manat), «Göl» adlanan sahədə (1263 manat), Az.iES qəsəbəsinə gedən yolun sağ tərəfində (1000 manat), S.Vurğun adına park və rabitə şöbəsinin qarşısındakı fəvvarədə (174 manat), «Kür» kompüter zavodunun yaxınlığında (144 manat), Kür çayı sahilində (4019,80 manat) aparılmışdır. Bildiyiniz kimi, Birinci Avropa Oyunlarının avarçəkmə yarışları şəhərimizdə keçirildi. Oyunlara hazırlıqla bağlı tədbirlərdə bələdiyyə də fəal iştirak etmişdir. Yarışların keçirildiyi ərazidə – Kürün sahilində təmizlik işləri aparılmış, bərbad vəziyyətdə olan hasarlar rənglənmiş, 145 metr sahəyə yeni hasar salınmış və s. işlər görülmüşdür.
Hesabat dövründə sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı məhəllə komitələrinin müraciətlərinə baxılmış, obyektlərə baxış keçirilmiş, görüləcək işlərin həcmi müəyyənləşdirilmişdir. «Azərbaycan» məhəllə komitəsinin ərazisində (A.Məmmədov küçəsi ev 7a) yerləşən xeyir-şər mağarının təmirinə köməklik məqsədi ilə tikinti materiallarının alınmasına 2220 manat sərf edilmişdir. Xeyir-şər mağarları ilə ilə bağlı digər müraciətlər növbəti yarımillikdə müsbət həllini tapacaqdır.
6 ay ərzində bələdiyyə daxili yolların təmirinə də diqqət yetirmişdir. Belə ki, yeni qəbirstanlığın yolunda 1680 manatlıq, Az.iES qəsəbəsində zibilxanaya gedən yolda 420 manatlıq, Tərəvəzçilik sovxozunun yolunda 213 manatlıq və müxtəlif ərazilərdə 300 manatlıq cari təmir işləri aparılmışdır.
Hesabat dövründə bələdiyyənin maraq dairəsində olan işlərdən biri də sakinlərin sosial və maddi yardımlarla bağlı müraciətlərinə baxılması olmuşdur. Novruz bayramında 250 nəfər imkansız ailəyə 2800 manat dəyərində ərzaq bağlamaları paylanmışdır. 15 nəfər imkansıza pul, 2 nəfərə material yardımları (cəmi 1755 manat həcmində) edilmişdir. Həmçinin vətəndaşlara bələdiyyə tərəfindən dəfn və mərasim xidmətləri göstərilmişdir. Hərbi xidmət borcunu yerinə yetirərkən şəhid olmuş əsgərin yas mərasiminin keçirilməsinə 550 manat, 1 nəfər imkansızın dəfninin təşkilinə 110 manat xərclənmişdir.
Ümumilikdə, bələdiyyə tərəfindən 6 ay ərzində 176 nəfər dəfn edilmişdir. 23 nəfər imkansız ailə xidmət haqqından azad edilmiş, 7 nəfər kimsəsizin bütün dəfn mərasimi bələdiyyə tərəfindən həyata keçirilmişdir. şəhərdə fəaliyyət göstərən qəbirstanlıqlarda iməcilik yolu ilə abadlıq-təmizlik işləri aparılmış, yeni qəbirstanlığın yolunun təmirinə 1680 manat vəsait xərclənmişdir.
Hesabat dövründə bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsinə bələdiyyə vəsait ayırmışdır. 20 Yanvar – Ümummilli Hüzn günü. 8 Mart – Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May – Faşizm üzərində qələbə günü münasibəti ilə keçirilmiş tədbirlərə 2420 manat vəsait sərf edilmişdir.
Mingəçevir Bələdiyyəsinin nəzdində xidmət sahələri («Peşəyönümlü Maraq Kursları», «Dəfn mərasimi xidməti», «Məişət xidməti») fəaliyyət göstərir. «Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru ixtisası tədris olunur. 6 ay ərzində kurslara 34 nəfər qəbul olunmuş, onlardan 23 nəfəri diplom almışdır. Hazırda 11 nəfər təhsilini davam etdirir.
Qeyd edək ki, «Peşəyönümlü Maraq Kursları» tam olaraq bələdiyyənin maliyyə vəsaiti hesabına fəaliyyət göstərir. Bu sahənin saxlanılmasına 6 ayda 1127,94 manat vəsait sərf olunmuşdur. Həmçinin «Dəfn mərasimi xidməti» sahəsinin saxlanılmasına 5620,43 manat, məişət xidməti sahəsinin saxlanılmasına 859,69 manat vəsait ayrılmışdır.
Hesabat dövründə bələdiyyənin maddi-texniki bazasını möhkəmləndirmək üçün 1080 manat dəyərində müxtəlif inventar, 3890 manat dəyərində əsas vəsait (kompüter, printer, ofis mebeli, televizor və s.) alınmış, inzibati binada cari təmir işlərinin aparılmasına və qaz xəttinin çəkilişi üçün texniki şərtin alınmasına 2984,15 manat xərclənmişdir.
Sonda deyd edək ki, bələdiyyə 6 ay ərzində kifayət qədər iş görsə də, bu, bizi qane etmir. Vəsait azlığından planlaşdırdığımız işlərin bir hissəsini icra edə bilməmişik. Hesabat verdiyimiz müddətdə bələdiyyə əmlakının satışından, demək olar ki, gəlir daxil olmamış, fiziki şəxslərdən əmlak vergisinin yığılmasına yeni başlanılmış, yerli əhəmiyyətli tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlar mədən vergisini tam köçürməmişlər.
Qarşımızda duran əsas vəzifələrdən biri bu sahələrdən gələn vergi və gəlirləri tam toplamaqla, şəhər ərazisində nəzərdə tutduğumuz iri layihələri icra etmək və bələdiyyənin istehsal sahələrini yaratmaqdır.
Belediyye.info