"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsinin mükafatı uğrunda avarçəkmə yarışlarına yekun vuruldu

--2017-05-15 / 08:50

Ümummilli lider Heydər əliyevin xatirasinə həsr edilmiş bələdiyyə mükafatı uğrunda avarçəkmə yarışlarına yekun vuruldu. 100, 200 və 500 metr məsafəyə kayak və kanoe yarışlarında 100-ə yaxın qəz və oğlanlar qüvvələrini sınadılar. I, II və III yerləri tutanlara diplom, medal və hədiyyələr verildi. Medalları təqdimetmə mərasimində Mingəçevir Bələdiyyəsinin üzvləri, Uşaq-gənclər idman məktəbinin müəllimləri, Kütləvi-informasiya vasitələrinin nümayəndələri və valideynləri iştirak etdilər. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Yekun nitqi ilə çıxış edən bələdiyyənin sədri Coşqun Abdullayev Ulu Öndərin və cənab prezident ilham əliyevin idmana, imdanın inkişafına göstərdikləri qayğıdan, ölkəmizin beynəlxalq idman mərkəzinə çevrilməsindən, keçirilən turnirin əhəmiyyətindən danışaraq,   yarış iştirakçılarına uğurlar diləyib.

Belediyye.info

          

ŞƏRHLƏR