Türkiyənin Qars bələdiyyəsinin başkanı Murtaza Karaçantanın dəvəti ilə Mingəçevir bələdiyyəsinin nümayəndə heyəti qardaş ölkədə səfərdə olub. Tərkibində bələdiyyə sədri Coşqun Abdullayev, bələdiyyə üzvləri Zahid Qasımlı, Nurcamal əsgərova və Gülnarə Hacıyevanın iştirak etdiyi nümayəndə heyətinin 25-29 iyul aralığındakı səfər çərçivəsində Qars bələdiyyəsinin başqanı ilə, şəhərin valisi Rahmi Doğanla, Azərbaycanın Kars konsulluğunun vitse-konsulu Ramin Yusubov və digər rəsmi şəxslərlə görüşləri olub.
Mingəçevir bələdiyyəsindən verilən məlumatda bildirilir ki, 2013-cü ilin aprelində Mingəçevir və Qars bələdiyyələri arasında “Qardaş şəhərlər” protokolu imzalanıb.
Mingəçevir bələdiyyəsinin nümayəndə heyətinin Qars şəhərinə səfəri də protokolda qeyd edilən təcrübə mübadiləsi məqsədi daşıyırdı.
Mingəçevir nümayəndə heyəti Qars bələdiyyəsinin gördüyü işlərlə tanış olmaqla yanaşı, həmçinin şəhərin tarixi yerlərinə də baxış keçiriblər.
Qars bələdiyyə başqanı ilə görüşdə bələdiyyənin nümayəndə heyəti Mingəçevirə dəvət edilib.
Dördügünlük səfər şərçivəsində ən yadda qalan məqam Qars şəhərində hər gün təşkil edilən demokratiya mitinqində iştirak etmək olub. Bu mitinqlərin birində Mingəçevir Bələdiyyəsinin sədri C. Abdullayevin geniş məzmunlu çıxışı olub.
Belediyye.info
P.S. Mingəçevir Bələdiyyəsinin sədri C. Abdullayevin Qarsda təşkil edilən mitinqdə çıxşı barədə ətraflı məlumat veriləcəkdir.
|
|
|
|
|
|