"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir Bələdiyyəsinin sakinlərə Yeni il hədiyyəsi

--2018-12-26 / 12:21

Yeni il ərəfəsində Mingəçevir Bələdiyyəsi “Nərimanov” məhəllə komitəsinin ərazisində (N.Nərimanov prospektindəki 39, 41, 43 və 45 saylı binaları əhatə edir) yaşayan sakinlərə bayram hədiyyəsi olaraq, “Nümunəvi məhəllə”ni təhvil verib. Bubarədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Sakinlərin istirahət yeri kimi nəzərdə tutulmuş sahənin kənarlarına 60 ədəd şam və küknar ağacları əkilib. Uşaqların əylənməsi üçün iki ədəd sürüşkən, iki ədəd yellənçək, müxtəlif növ idman qurğuları quraşdırılıb. Sahənin ortasında mini-futbol yarışları üçün kiçik stadion yaradılıb. Yarışları izləmək istəyənlər və istirahət edənlərin rahatlığı üçün 11 ədəd (hər biri 2 metr olmaqla) oturacaqlar qoyulub.

Sakinlər məhəllədə uşaq və böyüklər üçün yaradılmış şəraitə görə bələdiyyəyə təşəkkürlərini bildirərək, məhəllənin səliqə-sahmanlı saxlanılmasını öhdələrinə götürdülər.

Mingəçevir Bələdiyyəsi “Nümunəvi məhəllə” layihəsini gələn il də müxtəlif ərazilərdə həyata keçirməyi qərara alıb.

Belediyye.info

ŞƏRHLƏR