Mingəçevir Bələdiyyəsi yeni layihənin icrasına başladı. şəhərin H.əliyev prospekti, H.Aslanov və i.Qayıbov küçələrinin kəsişdiyi ərazidəki məhəllədə abadlıq-quruculuq işlərinə start verildi.
Layihəyə əsasən ayrılmış sahədə futbol və basketbol meydançaları tikiləcək, böyük yaşlı sakinlərin idmanla məşğul olmalar üçün müxtəlif növ trenajorlar və kiçik yaşlı sakinlər üçün əyləncəli qurğular quraşdırılacaq. Meydançaların ətraflarına və binaların qarşısına əhalinin istirahət etmələri üçün dörd ədəd müasir dizaynla düzəldilmiş kölgəlik söhbətgah və 20 ədəd söykənəkli oturacaqların qoyulması nəzərdə tutulub.
Həmçinin həmin ərazidə abadlıq işləri görüləcək. Meydançaların ətrafı kölgəliklərin yerləşdiyi sahələr və basketbol meydançası və piyada yolu asfaltlanacaq, sərhədləri bardürlərlə ayrılacaq. ərazidə yaşıllaşdırma işləri də aparılacaq.
Mingəçevir Bələdiyyəsi
|
|
|
|
|
|
|
|
|
|