"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir şəhərinə təyin edilən icra hakimiyyəti başçısını tanıyaq

--2018-12-21 / 16:38

17 dekabrda Azərbaycan Prezidenti ilham əliyevin müvafiq sərəncamıyla ilham Mehdixan oğlu ismayılov Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı təyin edilib.

Belediyye.info ilk olaraq yeni icra başçısının tərcümeyi-halını əldə edib.

ilham Mehdixan oğlu ismayılov 1963-cü ildə Mingəçevir şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra bir müddət istehsalat sahəsində çalışıb.

1986-cı ildə Azərbaycan Politexnik institutunu fərqlənmə diplomuyla bitirib.

əvvəlcə Mingəçevir şəhərindəki Azərbaycan Dövlət istilik-Elektrik Stansiyasında növbə rəsisi, 1989-cu ildən isə Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi, 1992-1995-ci ilin dekabr ayınadək Mingəçevir şəhər Xalq Deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1992-1994-cü illərdə Bakı Sosial idarəeetmə və Politologiya institutunda ikinci Ail təhsil alıb.

1998-2004-cü illərdə Azərbaycan Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının dissertantı olub, 2004-cü ildə “Azərabycanda demokratiya təsisatlarının formalaşdırılmasının xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək Müdafiə şurasının qərarıyla siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini adını alıb.

1999-cu ildən şəhər icra hakmiyyəti aparatında işləmiş, şöbə müdiri vəzifəsinədək yüksəlmişdir.

2004-2008-ci illərdə iqtisadi inkişaf Nazirliyinin Aran Regional inkişaf şöbəsinin müdiri , 2008-2018-ci illərdə isə Mingəçevir şəhər icra Hakmiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

17 dekabr 2018-ci ldən isə Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 

Belediyye.info

 

ŞƏRHLƏR