Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzinin «Sevinc» rəqs qrupu Türkiyədə keçirilmiş Uluslararası Cocuk Festivalında Yalova şəhərində Azərbaycanı təmsil etmişdir. Mərkəzin müəlliməsi Mələk Tağıyevanın rəhbərliyi ilə festivalda uğurla iştirak edən uşaqlardan ibarət qrup yüksək əhval-ruhiyyə və hədiyyələrlə Vətənə qayıdıb. şəhər Uşaq Yaradıcılıq Mərkəzi Yalova bələdiyyəsinin fəxri diplomuna layiq görülüb. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı verib.
Mingəçevir bələdiyyəsi və şəhər icra Hakimiyyəti başçısının 1 saylı Inzibati ərazi sahə üzrə icra nümayəndəliyinin təşkilatçılğı ilə festival iştirakçıları ilə görüş keçirildi. Bələdiyyə sədri Coşqun Abdullayev və icra nümayəndəsi Rizvan Mikayıllı uşaq, müəllim və valideynləri qazanılan nailiyyətə görə təbrik etdilər, onlara həmişə mənəvi və maddi dəstək verəcəklərini bildirdilər.
Uşaq Yaradıcılıq Mərkəzinin direktoru ədalət Quliyeva, 3 saylı məktəbin tədris hissə müdiri Almaz Məmmədova, valideynlər Gülafət Mehdiyeva, əsgər Məmmədov, rəqs qrupunun fəal üzvləri 9 yaşlı Nuray və Banu festival təəssüratlarından, türklərin onlara qarşı qardaş münasibətlərindən, qonaqpərvərliyindən, uğurlu çıxışlarından danışdılar. Görüşün sonunda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|