"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə avarçəkmə yarışlarına start verilib

--2016-05-08 / 14:49

Uşaq Gənclər idman Məktəbinin bazasında Ulu öndər Heydər əliyevin xatirəsinə həsr olunmuş Mingəçevir Bələdiyyəsinin mükafatı uğrunda kanoe və kayak üzrə avarçəkmə yarışlarına start verilib.  Mingəçevir bələdiyyəsinin yaydığı  məlumata görə, turnirin açılış öncəsi bələdiyyə üzvləri və gənc idmançılar Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar.

Açılış mərasimində Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, şəhər idman və Gənclər idarəsinin rəisi Kamal Nəcəfli, UGiM-in direktoru Aslan Saadov çıxış edərək  Heydər əliyevin idmana və gəncliyə göstərdiyi qayğıdan danışaraq  və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Dövlət Himni sədaları altında Azərbaycan bayrağı qaldırılıb.

Baş hakimin işarəsi ilə 200, 500 və 1000 metr məsafədə birincilik uğrunda yarışlar başladı. Turnir 8 mayda davam edəcək və qaliblər bələdiyyənin mükafatları ilə təltif olunacaqlar.

Belediyye.info

ŞƏRHLƏR