Energetiklər qəsəbəsində bələdiyyə bazarı istifadəyə verildi
Noyabrın 21-də Energetiklər qəsəbəsində Bələdiyyə bazarının açılıışı oldu. Tədbirdə şəhər bələdiyyəsinin üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, KiV təmsilçiləri, qəsəbə sakinləri iştirak ediblər. Bazarın inşası üçün 12 sot torpaq sahəsi ayrılıb. ərazinin 5 və ya 6 sotluq sahəsində inzibati bina inşa olunub, binanın tavanı müasir örtüklərlə örtülüb, plastik qapı və pəncərələr, şüşəbəndlər salınıb, keyfiyyətli piştaxtalar qoyulub. Binanın arxa hissəsində avtomobillər üçün dayanacaq sahəsi yaradılıb. Cari ilin iyun ayında Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi layihəyə əsasən bələdiyyəyə dövlət tərəfindən subsidiya (maliyyə vəsaiti) ayrılıb və bazar binasının tikintisinə başlanıb. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi qəsəbədə mövcud olan küçə ticarətinin qarşısını almaq, şəhər bazarındakı sıxlığı azaltmaq, eyni zamanda qəsəbə sakinlərinin sosial-rifah halının yaxşılaşdırılmasıdır.
Tədbiri açan şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayev ölkə prezidenti ilham əliyuevin sərəncam və tapşırığına əsasən şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, xüsusilə ötən il şəhər icra hakimiyyətinin başçısı təyin edilən ilham ismayılovun fəaliyyətindən danışaraq məhəllələrdə həyata keçirilən əsaslı yenidənqurma işlərindən, şəhərin mnüxtəlif ərazilərində sakinlər üçün yaradılmış istirahət parklarından bəhs etdi. Ötən müddət ərzində şəhərdə və qəsəbədə 20 yaşayış binasının blokları əsaslı təmir edilmiş, giriş qapıları qoyulmuş, səkilər salınmış , məhəllələr asfaltlanmışdır. Mingəçevir bələdiyyəsi də məhəllələrin abadlaşdırılmasına öz töhfəsini verib, yay aylarında Qurucular parkı müasir formatdfa təmir edilərək istifadəyə verilib. Qəsəbədə bazarın inşa edilməsi də bələdiyyənin yeni layihələrindəndir, burada 70 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Çıxış edən icra Hakimiyyətinin başçısı ilham ismayılov tarixə nəzər saldı. Bir zamanlar təxminən elə bu sahələrdə bazarın salındığını, sonralar onun fəaliyyət istiqamətinin dəyişdirildiyini qeyd edərək bu layihəni təqdir etdi. Qeyd olundu ki, ölkə prezidenti ilham əliyevin tapşırığı ilə sakinlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən hər bir iş təqdirə layiqdir. Yəni məhəllələrdə görülən işlər, salınan yeni parklar, yeni iş yerlərinin açılması, küçə və məhəllələrdə işıqlandırma sisteminin müasirləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi, binaların dam örtüklərinin əsaslı təmir edilməsi, qarşısında oturacaqların qoyulması, uşaq-əyləncə qurğularının quraşdırılması və bu kimi digər işlər yalnız vətəndaşların rahat yaşayışı, istirahəti üçündür. Və bu işlər davam edəcək. istifadəyə verilən bu bazar da inanıram ki, sakinlərin ürəyincə olacaq, yaxın kəndlərin sakinləri öz məhsullarını burda rahatlıqla sata biləcəklər və əsas da küçə ticarətinin qarşısı alınacaq. Xeyirli olsun.
Sonra binaya daxil olan tədbir iştirakçıları yaradılmış şəraitlə tanış oldular.
MəTANəT MəMMəDOVA
|
|
|
|
|
|
|