"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə daha bir məhəlləyə yardım edildi

--2018-10-02 / 15:45

Mingəçevir bələdiyyəsi kömək üçün müraciət edən daha bir məhəllə sakinlərini sevindirib. Belə ki, şəhərin Təbriz küçəsi, 3 saylı binanın sakinləri binanın qarşısında yerləşən çoxdan tikilmiş xeyir-şər mağarının yenidən qurulmasını xahiş ediblər. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Bələdiyyə üzvləri ümumi iclaslarında həmin binanın sakinlərinin əmlak vergilərini vaxtında ödədiklərini, bələdiyyənin tədbirlərində fəal iştirak etdiklərini nəzərə alaraq, mağarın yenidən qurulması üçün lazım olan tikinti materialarının alınmasına maliyyə vəsaiti ayrılmasını məqsədəuyğun hesab ediblər.

Müvafiq qərarla, bələdiyyə büdcəsindən 4044 manat vəsait ayrılıb və tikinti materialları alınaraq məhəllə komitəsinə təhvil verilib.

Sakinlərin iştirakı ilə tikinti işlərinə başlanılıb.

Belediyye.info

ŞƏRHLƏR