Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutulmuş tədbirlər qrafikinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsinin üzvləri 20 Yanvar küçəsi, 10 saylı binanın sakinləri ilə görüş keçiriblər. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsinin mətbuat xidməti yayıb.
Bələdiyyənin sədr müavini əli əliyev sakinlərə 2018-ci ilin 9 ayı ərzində görülmüş işlərdən və gələn il üçün planlaşdırılmış fəaliyyətlərdən danışıb. “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı bələdiyyənin 2019-cu ildə sosial layihələrə daha çox üstünlük verəcəyi, bunun üçün əhalidən təklif və layihələrin verilməsinin vacibliyindən söhbət açıb.
Sakinlərdən Sərdar Xankişiyev, Səbinə Mikayılzadə və Esmira Babakişiyeva çıxış edərək, məhəllənin problemlərindən bəhs etdilər. əsas problem kimi məhəllədə çoxdan tikilmiş xeyir-şər mağarının təmir edilməsini göstərdilər. Onlar bina sakinlərinin iştirakı ilə məhəllə komitəsinin yaradılmasını istədiklərini bildirdilər. Səsvermə nəticəsində 5 nəfərdən ibarət məhəllə komitəsinin tərkibi seçildi. Məhəllədə nüfuzu, işgüzarlığı ilə seşilən Sərdar Xankişiyev komitənin sədri oldu.
Binada nəqliyyat işçilərinin yaşadıqlarını nəzərə alaraq, məhəllə komitəsi “Nəqliyyatçı” adlandırıldı.
Bələdiyyə üzvləri məhəllə komitəsinin bələdiyyə ilə sıx, qarşılıqlı olaraq fəaliyyət göstərmələrini tövsiyə etdilər.
Belediyye.info