"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə daha iki məhəllə komitəsi təsis edildi

--2018-08-29 / 08:36

Sakinlərin təşəbbüsü ilə Mingəçevir Bələdiyyəsinin ərazisində daha iki məhəllə komitəsi təsis olundu. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi məlumat yayıb.

Naxçıvan küçəsi, ev 48, 48/1 və N.Nərimanov prosekti, ev 28/1 ünvanlarında sakinlər iclas keçirərək məhəllə komitələrinə üzvlər seçdilər. Yığıncaq protokollaşdırılaraq bələdiyyədə qeydə alındı. iclaslarda müşahidəçi kimi iştirak edən bələdiyyənin sədri Coşqun Abdullayev və bələdiyyənin «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Zahid Qasımlı sakinlər tərəfindən səsləndirilən məhəllələrin problemlərini dinlədilər. əsas problem kimi məhəllələrin qarşısındakı xeyir-şər mağarlarının təmiri göstərilib. Bələdiyyə sədri həmin problemin tezliklə aradan qaldırılacağına söz verib.

Belediyye.info

ŞƏRHLƏR