«Azərbaycanda Yerli Demokratiya Həftəsi» çərçivəsində Mingəçevir bələdiyyəsi tərəfindən həftə ərzində (31 oktyabr - 5 noyabr 2016-cı il tarixlərində) həyata keçiriləcək tədbirlərin planı müzakirə edilərək təsdiq olundu. Tədbirlər «Çox mədəniyyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşıqlı əlaqə» adı altında keçiriləcək.
Mingəçevir bələdiyyəsindən Belediyye.info ya daxil olan məlumata gğrə, bələdiyyənin inzibatı binasının qarşısında «Yerli Demokratiya Həftəsində fəal iştirak edək!» şüarı asılıb. Binanın giriş hissəsində vətəndaşlardan yazılı müaÑiətləri toplamaq üçün «Poçt qutusu» quraşdırılıb. Həftə ərzində telefon «qaynar xətləri» fəaliyyət göstərəÑək. Mingəçevir bələdiyyəsinin 2016-cı ilin 9 ayında gördüyü işlər, həyata keçirdiyi layihələr, 2017-ci ildə planlaşdırdığı fəaliyyətlər barədə hesabatlar hazırlanaraq sakinlərə çatdırılacaq. Həftə ərzində beş məhəllə komitəsində illik hesabatlar dinləniləcək. Bələdiyyə üzvlərinin orta və ali məktəblərə baş çəkərək «Azərbaycanda Yerli Demokratiya Həftəsi» mövzularında müzakirələr aparmaları, Gənclər Evində gənclərlə «Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi» mövzusunda debatlar keçirmələri nəzərdə tutulub. Bələdiyyə üzvləri və qulluqçular həftə ərzində bütün iş saatlarında vətəndaşların qəbulunu həyata keçirəcəklər.
Yerli kütləvi informasiya vasitələrində «Həftə» ilə bağlı məlumat kampaniyaları təşkil olunacaq.
Belediyye.info
|
|
|
|
|
|