"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə dini icma üzvləri ilə görüş keçirilib

--2016-11-03 / 17:04

Mingəçevir bələdiyyəsində «Yerli Demokratiya Həftəsi» çərçivəsində şəhərdə fəaliyyət göstərən dini icma üzvləri ilə görüş keçirildi. Tədbiri açan bələdiyyə sədri Coşqun Abdullayev «Multikultural cəmiyyətdə birgə yaşayışın prinsipləri» mövzüsunda çıxış etdi. O, dini icma üzvləri ilə bələdiyyənin qarşılıqlı hörmət, dialoq və əlaqələrindən danışdı, qarşıya çıxan problemlərin birgə aradan qaldırılmasının vacibliyini vurğuladı.

Mingəçevir bələdiyyəsindən daxil olan məlumata görə, görüşdə Azərbaycan Respublikası Dini işlər üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq əfəndiyev, şəhər icra Hakimiyyətinin məsul işçisi, dini qurumlarla işin təşkilatçısı Sahib əliyev, «Cümə məscidi» dini icmasının sədri Yusif Yusifov, Mingəçevir kəndi ağsaqqallarının nümayəndəsi idris Fərruxov və başqaları çıxış edərək, dövlətin dindarlara qayğısından, dini ayinlərin keçirilməsində ayrı-seçkiliyə yol verilməməsindən, dini icmaların tədbirlərində bələdiyyənin yaxından iştirakından və s. məsələlərdən danışdılar.

Sonda belə görüşlərin mütəmadi olaraq keçirilməsi təklif olundu.

Belediyye.info

ŞƏRHLƏR