"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə məhəllə komitələrinin görüşü keçirilib

--2016-02-08 / 19:20

Mingəçevir Bələdiyyəsinin «Tərəvəzçilik sovxozu» məhəllə komitəsi fəallarının bələdiyyə üzvləri ilə görüşü keçirilib. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsindən daxil olub. Görüşdə məhəllə komitəsinin ərazisində ötən il bələdiyyənin gördüyü işlərdən danışılıb. Çıxış edənlər eyni zamanda qarşılaşdıqları problemlərin həlli ilə bağlı bələdiyyə və icra hakimiyyətinin nümayəndələrinə müraciət ediblər. əsas problem kimi sakinlər uzun illər yaşadıqları ev və həyətyanı sahələrin sənədləşdirilməsində çətinliklərlə üzləşmələrini, məhəllədaxili yolların işıqlandırılmasını və təmirini irəli sürüblər.

Bələdiyyənin sədr müavini əli əliyev, komissiya sədrləri Zahid Qasımlı, Nəbi Nəbiyev, icra Hakimiyyətinin böyük məsləhətçisi Xanlar Qurbanov, Bələdiyyənin şöbə müdiri Mehdixan Babayev və ərazi icra nümayəndəsinin müavini Nəriman ismayılov sakinlərin suallarını cavablandırıblar. əmlakın sənədləşdirilməsi ilə bağlı problemlərin aradan qaldırılması məsələsi barədə aidiyyatı orqanlara müraciət edəcəklərini bildiriblər.

Yolların təmiri və başqa sosial məsələlərin həlli üçün sakinlərin torpaq, əmlak vergilərinin və torpaq icarə haqlarının toplanmasının vacib olduğu vurğulandı. Məhəllə komitəsinin üzvləri bu işdə bələdiyyəyə kömək edəcəklərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR