"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə müharibə veteranları ziyarət edilib

--2018-05-08 / 09:44

Faşizm üzərində qələbənin ildönümü münasibəti ilə Mingəçevir şəhər icra Hakimiyyətinin və Mingəçevir Bələdiyyəsinin nümayəndələri 2-ci Dünya Müharibəsinin iştirakçıları Baba əliyev, Seyidağa Ağayev və Milan Yusibovu evlərində ziyarət ediblər. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Veteranlar və onların ailə üzvləri ilə görüş zamanı onların vəziyyətləri ilə maraqlanıldı, problemləri dinlənildi və bayram münasibəti ilə təbrik edildilər. Sonda veteranların ailələrinə ərzaq bağlamaları paylanılıb.

Belediyye.info

ŞƏRHLƏR