Mingəçevir bələdiyyəsi məhəllə komitələri ilə görüşlərini davam etdirir. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Növbəti görüş “N.Gəncəvi” məhəllə komitəsinin ərazisində (Y.Mansurov küçəsi, ev 7, A.şaiq küçəsi, ev 7) baş tutdu. Məhəllə komitəsinin sədri əbülbət Babayev, sakinlər əmrah Mustafayev, ibrahim əhmədov, Nuh Bəhədov və Nuriyyə ibrahimova məhəllənin problemlərindən danışdılar. əsas olaraq, xeyir-şər mağarının təmiri, ağacların suvarılması, poçtun açılması, idman kompleksinin yaradılması, istilik sisteminin işə salınması, söhbətgahın təmir edilməsi, oturacaqların qoyulması və s. məsələlərin həlli qeyd edilib.
Bələdiyyənin sədri Coşqun Abdullayev qaldırılan problemlərin aradan qaldırılması üçün aidiyyatı təşkilatlarla birgə çalışacaqlarını bildirdi və belə görüşlərin davamlı olmasını arzuladı.
Görüşdə-bələdiyyə üzvləri Zahid Qasımlı, Sahib Hüseynov və iH başçısının nümayəndəsi Faiq Mustafayev iştirak ediblər.
Belediyye.info
|
|
|
|