"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə şəhidin xatirəsinə bulaq istifadəyə verildi

--2018-06-20 / 14:13

Mingəçevir Bələdiyyəsi N.Rəfibəyli küçəsi 11 saylı binanın sakinlərinin və orada yaşayan şəhid ailəsinin arzusunu yerinə yetirib. Sakinlər həmin binada yaşamış şəhid Orucov Elçin Məzahir oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə məhəllədə bulaq kompleksinin tikilməsi xahişi ilə bələdiyyəyə müraciət ediblər.

Müraciət bələdiyyənin iclasında müzakirə olunaraq müsbət dəyərləndirilib. Bulaq kompleksi üçün tələb olunan tikinti materialları alınaraq, məhəllə komitəsinə verilib. şəhidin qardaşı usta Orucov Elxanın köməkliyi ilə az vaxtda bulaq kompleksi tikilib başa çatdırılıb. Artıq şəhidin xatirəsinə tikilmiş bulaqdan əhali istifadə edir.

Belediyye.info

ŞƏRHLƏR