“Yerli Demokratiya Həftəsi” çərçivəsində Miingəçevir Bələdiyyəsi növbəti tədbir keçirdi. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Uşaq incəsənət Məktəbində müəllim və şagird kollektivi ilə baş tutan görüşdə 2018-ci ilin bələdiyyə büdcəsinin və icrası nəzərdə tutulmuş layihələrin müzakirəsi aparılmış, yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsindən danışılmışdır. Bələdiyyənin “Yerli büdcə məsələləri” daimi komissiyasının sədri Mircəmil Hacıyev və “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı görüş iştirakçılarının suallarını cavablandırmışlar. Məktəbin direktoru Etibar əliyev, müəllimlərdən Vüqar Abuşov, Namiq Aslanov və başqaları bələdiyyəyə yerli problemlərlə bağlı rəy və təkliflərini bildirmişlər.
Belediyye.info
|
|
|