Noyabrın 11-də nurlu diyar kimi tanınan Mingəçevirə şəhər statusu verilməsinin 70 ili tamam olub.
AZəRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Mingəçevirdə keçirilən tədbirlər sakinlər tərəfindən coşqu ilə qarşılanıb və ümumşəhər bayramına çevrilib.
əvvəlcə Mingəçevir Dövlət Dram Teatrının qarşısında sərgi təşkil olunub. Sərgidə şəhərin idarə, təşkilat və müəssisələrinin uğurları, müxtəlif sənaye və istehsal müəssisələrinin məhsulları, eləcə də Mingəçevirdə yaşayıb-yaradan rəssamların, tətbiqi sənət ustalarının rəsmləri, hazırladıqları incəsənət nümunələri nümayiş etdirilib. Bir sıra yerli kollektivlərin üzvləri və gənc müğənnilər yubiley tədbirinə qoşulan şəhər sakinləri qarşısında konsert proqramı ilə çıxış ediblər.
Yubiley tədbiri Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Tədbirdə Mingəçevir şəhərinin qurulmasında böyük xidmətləri olan şəxslər, idarə, təşkilat və müəssisələrin rəhbərləri, respublikamızın müxtəlif bölgələrini təmsil edən KiV nümayəndələri və qonaqlar iştirak ediblər.
Tədbiri açan Mingəçevir şəhər icra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin ilham ismayılov bayram münasibətilə şəhər sakinlərini təbrik edib, həmçinin 70 ildə nurlu diyarın keçdiyi tarixi yoldan və müasir inkişafından danışıb.
Bildirilib ki, 1948-ci il noyabrın 11-də imzalanmış Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevir qəsəbəsinə şəhər statusu verilib. Bu zərurət hidroqovşağın tikintisi ilə əlaqədar əhalinin artması, ictimai-mədəni və məişət obyektlərinin genişlənməsinə olan tələbatdan irəli gəlib.
Diqqətə çatdırılıb ki, Mingəçevirə şəhər statusu verilməsi yaxın keçmişə aid tarixi hadisə olsa da, Kürün sol sahilində torpaq bəndindən 1,5 kilometr aralıda salınmış Mingəçevirin tarixi daha qədim dövrlərə aiddir. Bütün bunları isə vaxtilə şəhər ərazisində aparılan arxeoloji qazıntılar təsdiq edir.
Qeyd edilib ki, şəhər statusu aldıqdan sonra Mingəçevirdə geniş tikinti, quruculuq və abadlıq işləri aparılıb. O dövrdə Mingəçevir Su Elektrik Stansiyası, Azərkabel, yol maşınları, şüşə lifi, maşınqayırma, izolit zavodları, toxuculuq kombinatı tikilməklə Mingəçevirin sənaye şəhərinə çevrilməsinin əsası qoyulub.
Ayrı-ayrı dövrlərdə şəhərin tikinti-quruculuq işlərində çoxlu sayda insan iştirak edib və ötən illər ərzində Mingəçevir şəhəri böyük inkişaf yolu keçib. Xatirələri bu gün də şəhər sakinləri tərəfindən böyük hörmət və ehtiramla anılan şəhərin ilk qurucularından olan Qafar Xəlilov, Nicat Muradov, islam Həsənzadə, Məmməd əliyev, Rüstəm Aslanov, islam islamzadə, Vitali Damanski, Andrey Zaqryajski və bir çoxlarının əməyi Mingəçevirə şan-şöhrət gətirib və onun yüksəlişinə səbəb olub.
Bugünkü Mingəçevirin uğurlarında isə ümummilli lider Heydər əliyevin çox böyük xidmətləri vardır.
1969-cu ildə Azərbaycana siyasi rəhbərliyə gəldiyi dövrdə kiçik bir qəsəbəni xatırladan Mingəçevir məhz ulu öndər Heydər əliyevin rəhbərliyi illərində sürətlə inkişaf edərək ölkənin ən iri sənaye və energetika mərkəzlərindən birinə çevrilib.
1969-1982-ci illərdə Ulu Öndərin Azərbaycanda ilk rəhbərliyi dövründə Mingəçevirdə Azərbaycan istilik Elektrik Stansiyası, Texniki-rezin məmulatları, Yol-tikinti maşınları təmiri, Aqrar-sənaye dəmir-beton məmulatları və Çörək zavodları, Poliqrafiya müəssisəsi, Evtikmə kombinatı inşa olunub. Bu illərdə şəhərdə 8 min 130 şagird yerlik 8 orta ümumtəhsil məktəbi, 2 min 240 yerlik 8 məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana, poliklinika, şahmat məktəbi, Gənc Texniklər Stansiyası və digər obyektlər tikilib. Həmin dövrdə Energetiklər qəsəbəsində 20 minə yaxın əhalinin məskunlaşması üçün çoxmərtəbəli yaşayış binaları, 3 ümumtəhsil məktəbi, Doğum evi, poliklinika, tibb məktəbi, musiqi məktəbi, uşaq bağçaları və digər sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Yaradılan sənaye potensialı nəticəsində Mingəçevir respublikamızın 4-cü sənaye şəhərinə çevrilib.
Vurğulanıb ki, Ümummilli Liderin gördüyü işlər bu gün Prezident ilham əliyev tərəfindən uğurla davam etdirilir.
Son 15 ildə şəhərdə iri istehsal müəssisələri, yeni mədəniyyət, ictimai və sosial obyektlər, park və istirahət mərkəzləri, məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları, nümunəvi xidmət və ticarət obyektləri tikilib istifadəyə verilib. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində şəhərdə 9 məktəb əsaslı təmir edilib. Son dövrdə 4 uşaq bağçası əsaslı təmir olunub, Heydər əliyev Fondu tərəfindən isə 120 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib.
şəhərdə Ulu Öndərin abidəsi ucaldılıb, Heydər əliyev Mərkəzi, Gənclər Evi tikilib.
şəhərin bütün küçələrində asfaltlanma, abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, yüzlərlə binanın fasadları təmir edilib, dam örtükləri yenilənib. əhalinin istirahəti üçün 10-a yaxın park və istirahət mərkəzi salınıb. “1941-1945” abidə kompleksinə yeni görkəm verilib, Mingəçevir Dövlət Dram Teatrı, şahmat məktəbi, şəhər stadionu təmir edilib, Ulu Öndərin adını daşıyan park və prospekt, Teatr meydanı yenidən qurulub.
Prezidentliyi dövründə yeddi dəfə şəhərin qonağı olan ölkə başçısı bir sıra müəssisələrin – “Kür” Elektron Avadanlıqları Zavodu, interenerji Beton Dayaqları, izolit ASC-lərin, “Kür” Olimpiya Tədris idman Mərkəzinin, şahmat Məktəbinin, YAP şəhər təşkilatının inzibati binasının, Heydər əliyev Mərkəzinin, Gənclər Evinin, Dövlət Bayrağı Meydanının, Günəşli bağ massivinə çəkilən qaz xəttinin, Xaldan-Mingəçevir yolunun, Mingəçevir Sənaye Parkının, ASAN Həyat Kompleksinin, Su təmizləyici qurğunun, Mingəçevir Avtomatik idarəetmə və Nəzarət Mərkəzinin açılışını edib.
Çıxışlardan sonra Mingəçevir şəhərinin qurulmasında xidmətləri olan bir qrup şəxs Mingəçevir şəhər icra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.
Sonda Mingəçevir şəhərinin 70 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib. Müğənnilər tərəfindən ifa olunan və yurdumuzu, Mingəçeviri tərənnüm edən bir-birindən gözəl mahnı və təsniflər, həmçinin Fikrət əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin rəqsləri və Mingəçevir Dram Teatrının aktyorlarının çıxışları bayram tədbirinin iştirakçılarında xoş ovqat yaradıb.
https://azertag.az/xeber/Mingechevirin_70_illik_yubileyi_umumseher_bayramina_chevrilib-1213441
|
|
|
|
|
|
|