"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirlilər yaşadıqları binaları özləri idarə edəcəklər

--2016-05-17 / 00:10

Mingəçevir şəhərində “Çoxmənzilli binalarda özünüidarəetmə icma metodlarının təbliği” layihəsinin icrasına başlanılıb. Bununla əlaqədar“Mingəçevir Valideynlər Assosiasiyasi” ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” layihəsi çərçivəsində Mingəçevir Media Mərkəzində seminar təşkil edib.

Layihə rəhbəri, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman NəbiyevAZəRTAC-a bildirib ki, hazırda Mingəçevir bələdiyyəsinin köməyi ilə məhəllələrdə binaların yerli idarəedilməyə verilməsi ilə bağlı yığıncaqlar keçirilir. Sonra isə fəal sakinlərin iştirakı ilə ümumşəhər toplantısı keçiriləcək, təcrübə mübadiləsi aparılacaq.

Layihənin eksperti, Mingəçevir bələdiyyəsinin üzvü və “Yerli sosial məsələlər” daimi komissiyasının sədri Zahid Qasımlı mənzil hüquqları və onun əsasları, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarəetmə üsulunu seçməsi, mənzil-tikinti kooperativləri üzvlərinin hüquqları, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üstünlükləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. O, dövlətin bu məsələdə maraqlı olduğunu vurğulayaq deyib: “Dövlət öz yükünü yüngülləşdirmək üçün binaları əsaslı təmir etdirib əhalinin idarəsinə verəcək. Yəni sakinlər binaların idarə olunmasını öz üzərinə götürməlidir. Mənzillərin mülkiyyətçilərin müştərək müəssisəsi tərəfindən idarə edilməsi 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsinin tələbindən irəli gəlir”.

 http://azertag.az/xeber/951974

ŞƏRHLƏR